Azərbaycan və Çexiya bölgələri arasında əməkdaşlıq müzakirə edilib
Tarix: 29.01.2016 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Çexiyanın Pardubitse regionuna səfər edib. Səfirlikdən verilən xəbərə görə, səfər Çexiya Parlamentinin Deputatlar Palatasının  Pardubitse regionunu təmsil edən deputat, habelə Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Vatslav Snopekin yardımı əsasında həyata keçirilib.
Səfər ərzində səfir Fərid Şəfiyev ilk öncə Parlamentin üzvü Vatslav Snopek və Pardubitse regionu Şurasının üzvü Lyudmila Navratilova ilə görüşüb və Azərbaycanın bölgələri ilə sözügedən Çexiya regionu arasında əməkdaşlıq əlaqələrini müzakirə edib.
Daha sonra səfir F.Şəfiyev Pardubitse şəhərinin meri və şəhər şurasının digər rəsmiləri, habelə regionu təmsil edən sənaye, ticarət, kənd təssərrüfatı şirkətlərinin nümayəndələri ilə görüş keçirib. Pardubitse şəhərinin meri Martin Xarvat səfiri salamlayaraq, Azərbaycan ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu qeyd edib və ölkəmizin bölgələri ilə iqtisadi-ticarət əlaqələrinin qurulmasından ötrü töhfə verməyə hazır olduğunu bildirib. Şəhər meri Martin Xarvat yerli müəssisə və şirkətlərin nümayəndələrini səfir F.Şəfiyevə təqdim edib. Görüşün sonunda Azərbaycan səfiri şəhər meriyasına dəvət olunmuş çex jurnalistlərinin suallarını cavablandırıb.
Səfir F.Şəfiyev həmçinin Pardubitse şəhərində fəaliyyət göstərən və Azərbaycan iqtisadiyyatı və sənayesi üçün maraq kəsb edə biləcək bir sıra çex şirkətlərinin ofislərinə səfər edib, müvafiq şirkət rəhbərləri ilə danışıqlar aparıb və yerli istehsal şəraiti ilə tanış olub.   
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info