Qatar biletlərinin online satış sistemi istifadəyə verilib
Tarix: 29.01.2016 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


Son illər ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bunlardan biri də bilet kassalarında avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilməsidir. Bu işlər vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiqinin daha da gücləndirilmək məqsədi daşıyır.
29 yanvar 2016-cı ildə ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet şəbəkəsi vasitəsilə yeni online satiş sistemi istifadəyə verildi. Bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, ady.az saytının «Online bilet» bölməsinə daxil olmaqla, Online rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcəkdir.
Online rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaqdır. Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə ady.az internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır.
Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır.
Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaqdır.
Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info