Mais Səfərli: “Məhkəmə qərarlarını icra etməmək anarxizmdir”
Tarix: 20.02.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


“Müsavat məhkəmə qərarlarının
icra edilməməsindən şou yaradır”


Müxalifət hər bir hadisədən şou düzəltməkdə və “oğru elə bağırdı ki...” “texnologiyasından yararlanmaqda, cığallıqlara əl atmaqda həmişə “usta”dır. Bu dəfə də Müsavat Partiyası və onun başqanı bu “taktikaya” əl atıb.
Belə ki, Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbər icazəsiz aksiyalara təhrikə və aksiyada iştirakına görə digərləri ilə birlikdə cərimə olunub. Xəbər verildiyi kimi, Milli Məclis tərəfindən qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda bu hallar üçün nəzərdə tutulan cərimələr artırılıb. Eyni zamanda, toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər və Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə də cərimələr və cəzalar artırıldı. Eyni zamanda razılaşdırılmamış aksiyalara görə fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyəti fərqləndirilib. Turqut Qəmbər də yanvarın 26-da Bakıda müxalifətin icazəsiz keçirdiyi aksiyada iştirakına görə 2500 manat cərimələnib. Bundan başqa, AXCP sədrinin müavini Gözəl Bayramlı 2000 manat və AXCP fəalı Kəmalə Bənənyarlı 2000 manat cərimə olunub. Bu adamlar aksiya təşkilatçılarından olduqlarına görə, qanunvericiliyə görə, göstərilən miqdarlarda cərimə olunublar.

«Müsavatçılar məhkəmə icraçılarının Turqut Qəmbərin yaşadığı hüquqi ünvanda əşyaları və əmlakı siyahıya alması prosedurunu da addım-addım foto və kameraya alırlar. Bundan Müsavatı reklam etmək və müxalifətdə “ana” olduqları görüntüsü yaratmaq üçün yararlanmağa çalışırlar»

Sözügedən qanun hər bir hüquqi dövlətə layiq, ictimai asayişi, insanların, cəmiyyətin təhlükəsizliyini qorumağı nəzərdə tutan bir qanun layihəsidir. Bu cür qanunlar digər ölkələrdə də qəbul edilib və siyasi qruplar aksiyalar təşkil edən zaman həmin qanunların müddəalarını öz fəaliyyətlərində nəzərə alırlar. Amma Azərbaycan müxalifəti isə bu məsələdən də spekulyativ məqsədlərlə istifadə etməyə cəhdlər edir. Belə ki, T.Qəmbər icazəsiz aksiyaya görə özünə qarşı çıxarılan məhkəmə qərarlarını icra etmək, yəni cəriməni ödəmək istəmir. Ədliyyə məmurları prosedur qaydalarına əsasən, İsa Qəmbərin oğlunun yaşadığı hüquqi ünvana bu məsələ ilə bağlı müraciət etsələr də, T.Qəmbər məhkəmə qərarını icra etməkdən yayınır. Bu isə müxalifətin sivil və hüquqi davranış “səviyyə”sini də bir daha üzə çıxarmış olur. Onların nə dərəcədə “qayda-qanun” və “hüquqilik” şüuru olduğu bir daha özünü büruzə verir.
Bu azmış kimi, müsavatçılar məhkəmə icraçılarının Turqut Qəmbərin yaşadığı hüquqi ünvanda əşyaları və əmlakı siyahıya alma prosedurunu da addım-addım foto və kameraya alırlar, bu görüntüləri sosial şəbəkələrdə və nəzarətlərindəki media orqanlarında yaymağa çalışırlar. Bundan Müsavatı reklam etmək və müxalifətdə “ana” olduqları görüntüsü yaratmaq üçün yararlanmağa çalışırlar.
Qeyd edək ki, bu barədə bizə fikirlərini bildirən Yurddaş Partiyasının sədri Mais Səfərli deyir: “Ümumiyyətlə, müxalifət gündəmə girmək üçün hər hansı bir nüansdan şou düzəltməyə çalışır. Müsavat və digərləri hər zaman bu cür işlərə əl atırlar. Məsələn, Müsavat bu gün özünün bir qurultayını belə keçirə bilmir, amma bu qurultay ətrafında da şou düzəldir. Fakt budur ki, İ.Qəmbərin sədrliyinə bu qurultay problem yaradacağı üçün təxirə salınıb. Müxalifət gücsüz olduğu və cəmiyyətdə heç bir dəstəyə malik olmadığı üçün ancaq bu cür şou və cığallıqlarla gündəmə gəlməyə çalışır. Onlar seçkilərə normal qaydada hazırlaşa bilmirlər, yalnız “stəkanda fırtına” prinsipi ilə diqqət cəlb etməyə çalışırlar. Hansısa bir nüans gözləyirlər ki, adları, partiyalarının adı hallandırılsın. Bu cür işləri də özləri üçün dividend hesab edirlər. Öz gücsüzlüklərini belə hadisələrin üzərinə salmağa, yıxmağa çalışırlar. Onların bu cür cəhdləri isə uğursuzdur, çünki son nəticədə cəmiyyətdə onlara heç bir dəstək qazandırmır, əksinə, gülüş doğurur”.
M.Səfərli deyir ki, təkcə İsa Qəmbərin oğlu deyil, bir neçə gənc də məhkəmə qərarı ilə cərimə olunublar: “Məhkəmənin qərarı dövlətin adından çıxarıır, bu cür qərarlar hər hansı bir adamın iradəsi ilə baş vermir. Məhkəmə hakimiyyətin müstəqil qollarından biridir, Azərbaycanda hakimiyyətin bölünməsi prinsipləri mövcuddur. Məhkəmə hakimiyyətinin qərarının yerinə yetirilməsi də vacibdir. Əgər belə olmasaydı, hər yerdə anarxiya baş alıb gedərdi. Azərbaycan demokratik dövlətdir və bizdə məhkəmənin çıxardığı qərarlar da qanunlara söykənir. Əgər onların məhkəmə qərarından narazılığı varsa, yuxarı instansiya məhkəmələrinə bu barədə şikayət edə bilər. Hər bir vətəndaşın bu baxımdan hüququ var. Buyursunlar, onlar da şikayət etsinlər. Amma əgər məhkəmənin qərarı qüvvəyə minirsə, o qərar yerinə yetirilməlidir. Bundan şou düzəltmək düzgün və ciddi iş deyil”.
Partiya sədri bildirir ki, cəmiyyət hər hansı insanın bu cür hüquqa qarşı olan əməlini qəbul etmir və belə addımları həmişə anarxist addımlar kimi qiymətləndirir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info