Nərgiz Paşayeva: “Arzum budur ki, Azərbaycan müstəqilliyini əbədi saxlasın”
Tarix: 29.01.2016 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Londonda Böyük Britaniya Parlamentinin ictimai-siyasi dinləmələr məkanı olan məşhur “Ettli” zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik yığıncağı keçirilib.
Qeyd edək ki, bu zalda vaxtaşırı Birləşmiş Krallığın daxili və xarici siyasətində mühüm əhəmiyyət kəsb edən müxtəlif məsələlər müzakirə edilir. Onu da qeyd edək ki, bu zaldan istifadə hüququ inzibati qaydada yalnız parlamentin Nümayəndələr Palatasının üzvlərinə məxsusdur.
Tədbirdə İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva, Cəmiyyətin Böyük Britaniya tərəfindən həmsədri, parlamentin Lordlar Palatasının üzvü Lord German, qurumun İcraiyyə Komitəsinin üzvləri, Böyük Britaniya Parlamentinin üzvləri, Londonda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri, yerli və xarici iş adamları, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı cari ildə Cəmiyyətin idarə heyətinin tərkibinin müəyyən edilməsi üçün namizədlər səs verməyə təqdim olunub.
Səsvermənin nəticəsinə əsasən, İngiltərə-Azərbayan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfindən həmsədri isə Lord German yenidən seçiliblər.
Ardınca İcraiyyə Komitəsinin tərkibi təsdiq olunaraq onun üzvlüyünə beynəlxalq səviyyədə tanınmış 3 nəfər nüfuzlu iş adamının namizədliyi əlavə olunub. Komitəyə yeni seçilmiş şəxslər nüfuzlu beynəlxalq şirkət olan “KCA Deutag”ın təmsilçisi, neft və qaz sənayesində 20 illik təcrübəsi olan Rodriqo Rendon, “İTE Group plc” şirkətinin regional sənaye üzrə direktoru Daril Pousi, habelə Qafqaz və Mərkəzi Asiya üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətinin baş eksperti, təcrübəli iş adamı Deyvid Skillzdir.
İllik yığıncağı açan Cəmiyyətin Britaniya tərəfdən həmsədri Lord German qurumun ötən il ərzindəki fəaliyyəti barədə geniş məlumat verib. İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətində əməyi olanlara minnətdarlığını bildirən Lord German hesabat ili ərzində Cəmiyyət tərəfindən nəzərdə tutulan bütün layihələrin müvəffəqiyyətlə həyata keçirilməsindən danışıb. O, Böyük Britaniya ilə Azərbaycan arasında mədəni, humanitar və təhsil əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycana maraq göstərən britaniyalıları Cəmiyyətin fəaliyyəti ilə tanış edib. Lord German həmsədr kimi Nərgiz xanımla işləməkdən şərəf və məmnunluq duyduğunu bildirərək qazanılan nailiyyətləri və Cəmiyyətin danılmaz nüfuzunu əsas amil kimi qeyd edib.
Sonra söz Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevaya verilib. Tədbir iştirakçılarını salamlayan N.Paşayeva Cəmiyyətin fəaliyyətinə töhfə verən və onun işinə köməklik göstərən hər kəsə öz minnətdarlığını bildirib. N.Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin ötən dövr ərzində əldə etdiyi zəngin təcrübəni qeyd edərək xüsusilə 2015-ci ildə bu qurumun mədəniyyət, təhsil və xeyriyyə sahələrində bir sıra uğurlu layihələrə start verdiyini və bu layihələrin uğurla həyata keçirilməsindən məmnun olduğunu ifadə edib.
Nərgiz Paşayeva deyib: “Belə cəmiyyətin varlığı ölkələr və insanlar arasında əlaqələri möhkəmləndirir, daha sağlam, daha davamlı edir. Azərbaycan-İngiltərə Cəmiyyətinin yaranma tarixi 1997-ci ildən başlayır və gördüyünüz kimi müəyyən mənada müstəqil Azərbaycanın yaşından bir az cavandır. İngiltərə müxtəlifliyi özündə ehtiva etməyi bacaran və tolerantlığı sözdə deyil, əməldə nümayiş etdirən və təsdiq edən böyük dövlətdir. Bir vətəndaş kimi mənim arzum budur ki, əlaqələrimiz möhkəmlənsin, vətəndaş cəmiyyətlərimiz daha sıx birləşə bilsin, bir-birini anlamağı bacarsın və Azərbaycan müstəqilliyini əbədi saxlasın. Azərbaycan nə deməkdir? Bu, böyük sualdır. Belə böyük sualın doğru cavabının kiçik hissəsini belə əks etdirə biliriksə, özümüzü xoşbəxt sanırıq. Dünyada 50 milyona yaxın adamın danışdığı ana dilimizin bu gecə, burada səslənməsi də tək simvolik xarakter daşımasın, mədəni simamızı, tarixi zənginliyimizi və milli potensialımızı gələcəkdə təbliğ etməyə yönəlsin”.
Tədbir çərçivəsində təşkil edilən mədəni proqramda Azərbaycan əsilli Britaniya vətəndaşları tarzən Babək Atəş, kaman ustası Aidə Məmmədova və istedadlı, gənc pop müğənni Elyar Foksun ifasında milli musiqimiz və Avropa müsiqi mədəniyyətindən nümunələr səslənib.
Bununla da İngiltərə-Azərbaycan Cəmiyyətinin illik yığıncağına yekun vurulub.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info