Sahibkar: “Ərzaq təhlükəsizliyimizin təmin edilməsinə töhfə verəcəyik”
Tarix: 29.01.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Qarabağ regionunun ən böyük çörək istehsalı müəssisəsi olan “Bərdə-Çörək” ASC 1980-cı illərin əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilib. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq “Bərdə-Çörək” ASC yenidən qurulub, müasir avadanlıqlarla təchiz edilib. Sutkalıq istehsal gücü 55 ton olan zavodda 3 növbəli iş rejimi tətbiq edilməklə, gündəlik 10-12 ton çörək istehsal olunur. Müəssisə Bərdə və ətraf rayonların əhalisinin yüksək keyfiyyətli çörəklə təmin edilməsində mühüm rol oynayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bərdə-Çörək” ASC-nin idarə heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Məhərrəm Şəfiyev deyib. Sahibkar bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlməsi ilə digər sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm addımlar atıldı. Torpaq islahatının aparılması və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatının əsasını təşkil edən azad sahibkarlıq bərqərar oldu. Kənd təsərrüfatının bütün sahələrində gedən tənəzzül iqtisadi artımla əvəzləndi.
M.Şəfiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 2002-ci ildə sahibkarlarla görüşünün iştirakçısı olub. Dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də sahibkarlarla müntəzəm görüşlər keçirir, sahibkarlığın inkişafı istiqamətində tövsiyə və tapşırıqlar verir. Manatın devalvasiyasından sonra dövlətimizin başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azad olunması bu sahədə qiymətin aşağı düşməsi ilə nəticələndi. Çörəyin maya dəyərinin aşağı düşməsi həm sahibkarlara stimul yaradır, həm də əhalinin sosial rifahının yaxşılaşmasına öz töhfəsini verir. İndi zavodda istehsal edilən 520-530 qramlıq çörək ticarət obyektlərinə 27 qəpiyə verilir.
“Prezident İlham Əliyevin iştirakı ilə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransa sahibkarların da dəvət olunması və onların dinlənilməsi iş adamlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sahibkarlar üçün yaradılan əlverişli şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Biz sahibkarlar çalışacağıq ki, fəaliyyətimizi daha da genişləndirməklə, ölkəmizin ərzaq təhlükəzisliyinin təmin edilməsinə və yeni iş yerlərinin yaradılmasına öz töhfəmizi verək”, - deyə Məhərrəm Şəfiyev bildirib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info