Naxçıvanda ekoloji monitorinqlər və biotexniki tədbirlər davam etdirilir
Tarix: 29.01.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Ordubad rayonunun ən böyük çaylarından biri olan Gilançayda hidromühitə təsir edən amillərin müəyyən olunması məqsədilə monitorinqlər aparıblar.
Ərazidə səyyar laboratoriya vasitəsilə suyun fiziki-kimyəvi xassələri və hidrogen göstəricisi, həll olunmuş oksigen, suyun ümumi minerallığı təhlil edilib. Müəyyən olunub ki, çaya heç bir halda antropogen təsir yoxdur.
Monitorinq qrupu Ordubad rayonunun digər yaşayış məntəqələrində – Sabirdizə, Başdizə, Qoşadizə, Kələntərdizə, Aza kəndlərində və Ordubad şəhərində də ətraf mühitin qiymətləndirilməsini həyata keçirib.
Nazirlik tərəfindən Tivi kənd mərkəzində keçirilən ekoloji hüquqi maarifləndirmə tədbirində bu kimi məsələlər barəsində söhbət aparılıb.
Tivi kənd tam orta məktəbində “Naxçıvanın zəngin təbiəti” adlı sərgi təşkil olunub. “Ekoloji siyasət”, “Fauna və flora”, “Təbiət aləmi” adlı başlıqlardan ibarət olan sərgiyə baxışdan sonra məktəblilər üçün videoçarx nümayiş etdirilib.
Sonra Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Tiviçay vadisində heyvanat aləminin qış mövsümündə qidalanmasını təmin etmək məqsədilə biotexniki tədbir keçirilib.
Qeyd edək ki, muxtar respublikada sağlam ekoloji mühitin yaradılması həyata keçirilən müxtəlif istiqamətli tədbirlərin tərkib hissəsinə çevrilib. Bu tədbirlərin həyata keçirilməsində məqsəd təbii komplekslərin, ərazinin biomüxtəlifliyinin qorunması, ətraf mühitə atılan məişət tullantılarının qanunvericiliyin normativ-hüquqi aktları çərçivəsində idarə olunmasının vəziyyətinin qiymətləndirilməsi, içməli su mənbələrinin ekoloji sanitar vəziyyətinin araşdırılması, suların çirklənməsinin qarşısının alınmasıdır.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib
18.02.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər planı hazırlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info