Sahibkar: “Qeyri-neft sektorunun inkişafına dəstək olmaq istəyirik”
Tarix: 29.01.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Nabran istirahət zonası Azərbaycanın ən böyük turizm potensialı olan bölgələrindəndir. Burada hazırda 80-dən çox müxtəlif turizm obyekti fəaliyyət göstərir. Amma təəssüf ki, bu istirahət mərkəzlərinin turistlərə xidmət dövrü yalnız yay ayları ilə məhdudlaşır. Halbuki bəzi infrastruktur layihələri icra olunarsa, Nabrana ilboyu yerli və əcnəbi turistləri cəlb etmək mümkündür. Bundan da yerli sahibkarlar və dövlət büdcəsi xeyli gəlir əldə edə bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrinin icra edilməli olduğunu bir daha diqqətə çatdırıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Nabranda yerləşən “Ober Lux” İstirahət və Əyləncə Mərkəzinin icraçı direktoru Bədir Bayramov söyləyib. B.Bayramov bildirib ki, Nabran istirahət zonasında təbii qazın olmaması payız-qış mövsümündə istirahət mərkəzlərində əlavə çətinliklər yaradır: “Bu səbəbdən də qışda demək olar ki, əksər obyektlər kimi bizim mərkəzin də fəaliyyəti məhdudlaşır. Bu da 100-dən çox işçinin daimi iş yeri ilə təminatının və əlavə gəlir götürməyimizin qarşısını alır. Halbuki cəmi 3-4 ay yox, bütün ilboyu turistlərə xidmət göstərə bilərik. Bu gün Xaçmazda iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə də bizi narahat edən məsələləri diqqətə çatdırdıq”.
B.Bayramov deyib: “Eyni zamanda, Nabranda mərkəzləşdirilmiş sutəmizləyici qurğunun yoxluğu və bu istirahət zonasına gedən yolun təmirsiz olması da əsas problemlərdəndir. Qeyd etdiyimiz məsələlər həllini tapsa, xidmətlərimizin səviyyəsini daha da yüksəldib, Nabrana əcnəbi turistləri cəlb edə bilərik. Bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafına dəstək olmaq istəyirik.”
Sahibkar dövlətimizin başçısının son tapşırıq və tövsiyələrindən sonra problemlərin tezliklə həll olunacağına əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
“Azeri Light”ın bir barreli 65,25 dollara satılır
24.07.2019
Rusiya bu ölkəyə sanksiya tətbiqinə son qoydu
24.07.2019
Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb
23.07.2019
Gədəbəydə 23,5 kilometrlik avtomobil yolu yenidən qurulur
23.07.2019
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyası Bakıda keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info