Müxalif qəzetlər “Daş yuxular”ın əleyhinə yazı vermir
Tarix: 20.02.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Yazıçı Əkrəm Naibovun məlum “Daş yuxular” əsərinin ortaya çıxması dövlətin və ölkə ictimaiyyətinin qınağına səbəb olsa da, bəzi qüvvələr antimmilli hərəkət olan bu məsələdə ya susmaq mövqeyini tutdular, ya da onun müdafiəsinə qalxdılar. Bu mövqedə dayananların əksəriyyətinin radikal müxalifət düşərgəsində təmsil olunması isə heç də təəccüblü deyildi. Çünki bu düşərgənin təmsilçilərinin antiazərbaycan fəaliyyəti, yaxud bu cür fəaliyyətlərə dəstək verməsi nə birinci haldır, nə də sonuncu olacağını demək bir az çətin görünür. Lakin, Ə. Naibov məsələsində düşərgənin özlüyündə də müəyyən tərəflər yarandı. Belə ki, məsələ ilə bağlı susub heç bir münasibət açıqlamayanlar, çox az sayda olsa da bir neçə etiraz edənlər və konkret olaraq bunu söz azadlığının ayağına yazmağa çalışaraq, Ə. Naibovu müdafiə edənlər.

Radikal düşərgənin təmsilçisi AXCP isə bu məsələdə Ə.Naibovun “müdafiəçisi” qismində özünü aşkar şəkildə göstərdi. Maraqlı olansa bunun partiya sədri və ya funksionerləri tərəfindən deyil, partiyanın qeyri-rəsmi olaraq “rəsmi orqanı” funsksiyasını daşıyan “Azadlıq” qəzeti vasitəsilə aparılmasıdır. Belə ki, “Azadlıq” qəzetinin Ə. Naibovla bağlı yazıları demək olar ki, bir istiqamətdə, yəni onun müdafiəsi ilə bağlı olur. Əsas məqsədsə ictimaiyyəti məsələnin əsl mahiyyətindən yayındırmaq, əsərin yazılmasını “demokratiya” adı altında gizlədərək, bununla da müəyyən dairələrin dəstəyini qazanmaqdır. Təbii ki, bu əsasən AXCP sədri Əli Kərimliyə lazım olan dəstəkdir. Ə.Kərimli isə ictimai qınaqdan çəkinərək bunu açıq şəkildə deyə bilmədiyi üçün, təsir dairəsində olan qəzet vasitəsilə bəyan edir. Milli maraqların müzakirə mövzusu olduğu bir məsələdə bu partiyanın antimilli mövqe tutmasının səbəbləri isə, yəqin ki, xaricdən maliyyə və siyasi dividentlər almaqla bağlıdır. Erməni lobbisinin xaricdəki antiazərbaycan dairələrdə üstünlük təşkil etməsini nəzərə alsaq, AXCP sədrinin bu addımının hansı hədəfə hesablandığı da aydın olur. Belə ki, onlar partiya olaraq seçki ilində Ə.Əylislidən erməni lobbisinin dəstəyini almaq üçün “kozır” olaraq istifadə edə bilərlər. Lakin, Ə.Kərimlinin mövqeyini qəzet vasitəsilə göstərməsi daha az risklidir. Çünki mətbuat azadlığı deyilən bir şey var və bunu lazımi istiqamətlərdə sərf etmək onlar üçün daha asandır.
Məsələnin maraqlı olan digər tərəfi isə, bütün bunları nə AXCP-nin, nə də “Azadlıq” qəzetinin qəbul etməməsidir, hətta, hər şeyin açıq şəkildə ortada olmasına baxmayaraq. Lakin, qəzetin elə öz yazarı Xaliq Bahadırın mətbuata açıqlaması onların başlarına çəkdikləri örtüyü yelə verdi.
X.Bahadır Ə.Əylisliyə cavab olaraq yazdığı “Dönüklüyün dəli yuxuları” başlıqlı məqaləsinin “Azadlıq” qəzetində dərc olunmamasını əsas gətirərək, qəzeti ittiham edib. Qəzet rəhbərliyi isə həmin vaxt qəzetdə eyni məzmunlu başqa yazılar da getdiyindən X.Bahadırın məqaləsinin müvəqqəti saxlanıldığını desə də, yazar bununla razılaşmayıb. Onun sözlərinə görə, bugünə kimi belə hallar dəfələrlə baş verib.
“Bunun hansı səbəbdən etdiklərini isə deməyiblər. Mən həmin yazıları ortaya çıxara bilərəm. Sözsüz ki, həmin yazılar “Azadlıq”ın mövqeyinə əks olduğu üçün dərc etməyiblər. Bu səbəbdən də qadağa qoyublar. İndiyə kimi bunu dilə gətirməmişəm. Amma Əkrəm Əylisli elə məsələ idi ki, bunu ört-basdır edə bilməzdim. O qəzeti yaradan, yaşadan insanlardan biri olaraq, bu günə kimi güzəştə getmişəm. Amma daha güzəştə getməyəcəm. Əkrəm bu əsəri ilə milli maraqlarımızı tapdayıb, erməni separatizminə arxa durub. Necə olur ki, “Azadlıq” qəzetində Əkrəm ilə bağlı gedən bütün yazılar bir yöndə olur? Yalnız mənim yazım əks mövqedə olub, onu da dərc etməkdən imtina ediblər. Bu, hansı demokratik prinsiplərə sığır? Oxucular bunu görür. Onlar kimi aldadırlar?”-deyə X.Bahadır qəzetin Ə.Əylisli bağlı sərgilədiyi mövqeyi göstərib.
“Azadlıq” qəzetinin öz yazarının dilindən deyilən bu sözlər, bu qəzetin və onun mənsub olduğu düşərgənin antimilli cəbhədə qərarlaşması ilə bağlı əlavə şərhə yer qoymur.
Bununla bağlı “Palitra”ya danışan Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib ki, bu əsəri müdafiə edənlər Ə.Əylisli əxlaqlı, vətəni sevməyən, siyasi maraqlarını milli maraqlardan üstün tutan şəxslərdir: “Yalnız belə şəxslər bunu müdafiə edə bilər. Buna başqa ad qoymaq mümkün deyil. Bu qüvvələrin, elə bu qəzetin özü daim hökuməti tənqid edir, özlərini milli maraqların müdafiəçisi kimi göstərirlər. Bəs, indi nə oldu? Bu, yalnız şəxsi və siyasi maraqları ortaya çıxanda, hakimiyyət məsələsi gündəmə gələndə milli maraqların onların yadına düşdüyünü göstərir. Başqa vaxtlarda nəinki milli, dövlətçilik maraqlarından danışmırlar, heç düzə-düz, əyriyə-əyri deməyi belə bacarmırlar. Digər tərəfdən, mən ümumiyyətlə heç cür başa düşə bilmirəm ki, Ə.Əylislini hansı ağılla, hansı məntiqlə, hansı əqidə ilə müdafiə etmək mümkündür?”.
A.Əlizadə diqqətə çatdırıb ki, yəqin onu müdafiə edənlər bunu bilirlər. Onun sözlərinə görə, bu əsər bədii cəhətdən yoxsul olmaqla yanaşı, müəllifin yaradıcılığının impotensiya olduğunu da göstərir: “Burda tarixi faktlar saxtalaşdırılıb. Ümumiyyətlə, heç nə düz yazılmayıb. Bu əsərə qısaca olaraq belə qiymət verərdim: bu Əylisdən, onların dediyi Aqulisdən çıxmış 3 şizofrenikin təxəyyülüdür. Onlardan ikisi əsərin qəhrəmanları, üçüncüsü isə Əkrəmdir”.
Partiya sədri Ə.Əylislini müdafiə edənlərin ondan və digər şizofreniklərdən fərqlənmədiyini bildirib.

A.Cəlaloğlu




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info