Tanınmış beynəlxalq ekspert Arye Qut Şeyxülislamla görüşüb
Tarix: 29.01.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin Cəmiyyət üçün Beynəlxalq Layihələr qeyri-hökümət təşkilatının rəhbəri Arye Qutu qəbul edib.
QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, dini tolerantlıq məsələləri, habelə hal-hazırda dünyada cərəyan edən hadisələr, təhlükəli tendensiyalar və onların fəsadlarının qarşısının alınması ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını vurğulayan Şeyxülislam A.Paşazadə ali mənəviyyat mənbəyimiz olan dinimizə ulu öndər Heydər Əliyevin diqqət və qayğısından danışıb.
O vurğulayıb ki, məhz ümummilli lider Heydər Əliyev müstəqilliyinə qovuşmuş Azərbaycanda dini mədəniyyətin, tolerantlıq və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dini dözümlülük ənənələrindən danışan Şeyxülislam A.Paşazadə dedi ki, ölkəmizdə müxtəlif konfessiyaların və icmaların nümayəndələri uzun əsrlər boyu dinc yanaşı yaşayıblar, heç bir vaxt ksenofobiya və dini zəmində münaqişələr müşahidə olunmayıb. O, Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, bu ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını qonağın diqqətinə çatdırıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsini əhəmiyyətli hal kimi dəyərləndirərək, Azərbaycanda bunun gündəlik həyat tərzi olmasından qürur duyduğunu bildirib.
Azərbaycanda olmasından məmnunluq duyduğunu bildirən A.Qut Azərbaycanda hökm sürən dinlərarası dialoq və əməkdaşlığın olduqca qiymətli dəyər olduğunu və bu dəyərin Azərbaycanın dünya çapında vizit kartına çevrildiyini xüsusi vurğulayıb. O, antisemitizm təzahürlərinin heç bir zaman mövcud olmadığı Azərbaycanın beynəlxalq münasibətlər sistemində multikulturalizm dəyərlərinin fəal təbliğatçısı kimi çıxış etməsini əhəmiyyətli hal kimi səciyyələndirib. O bildirib ki, bu işdə Azərbaycanın dövlət rəhbərinin, habelə dini icma rəhbərlərinin rolu təqdirə layiqdir. 
İsrailli qonaq Azərbaycanın tolerantlıq mühitinin öyrənilməsi və təbliği işi üçün rəhbəri olduğu QHT tərəfindən həyata keçirilən tədbirlər barədə, keçən il təşəbbüsləri ilə ölkəmizdə hazırlanmış və geniş ictimaiyyətin böyük maragına səbəb olmuş film barədə QMİ sədrinə ətraflı məlumat verib. Yaxın vaxtlarda bu qəbildən olan daha bir layihə gerçəkləşdirəcəklərini qeyd edən A. Qut, dünyanı radikallaşma, dözümsüzlük mərəzi bürüdüyü bir zamanda Azərbaycanda multikulturalizmin nümunəvi səviyyəsini, habelə Şeyxülislam A. Paşazadənin Azərbaycandakı digər ənənəvi dini liderlərlə uğurlu əməkdaşlıq təcrübəsini, habelə Qafqaz və MDB çərçivəsində nüfuzlu dini lider olaraq dinlərarası dialoq prosesinə verdiyi töhfələri işıqlandırmaq niyyətində olduğunu bildirib.
Qonaq diqqətə çatdırıb ki, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin və müxtəlif məzhəb daşıyıcılarının dostluq, qardaşlıq şəraitində yaşamaları, tarixi-mədəniyyət abidələrinin, müsəlman məscid və ziyarətgahlarının, yəhudi, xristian məbədlərinin bərpası və təmiri – bütün bunlar Azərbaycan reallıqlarını əks etdirən sağlam dini-mənəvi vəziyyətin göstəricisidir.
QMİ sədri tanınmış beynəlxalq ekspertin Azərbaycan həqiqətlərini, dini icmaların real həyatlarını olduğu kimi təbliğ etməsini, habelə Azərbaycan diasporası ilə əməkdaşlığını yüksək dəyərləndirdiyini vurğulayıb. Şeyxülislam A.Paşazadə görüşdə iştirak edən Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayevin də Azərbaycan reallıqlarının, dini tolerantlıq mühitinin dünyada yüksək səviyyədə təbliğində böyük rolu olduğunu qeyd edərək, ona öz təşəkkürünü bildirib.
Görüşün sonunda QMİ sədri qonağa xatirə hədiyyəsi təqdim edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info