Siyəzən və Şabranda müharibə əlilləri və şəhid ailələrinə evlər verildi
Tarix: 29.01.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində tədbirlər cari ildə də uğurla davam etdirilir. Nazirlik 3 ədədi Siyəzən, 5 ədədi Şabran rayonunda olmaqla, daha 8 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verib.
Yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi zamanı ölkə əhalisinin etibarlı sosial müdafiəsinin təmin edilməsinin, sosial cəhətdən həssas qrupların təminatının yaxşılaşdırılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamətlərdən biri olduğu vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirlinin müavini İlqar Rəhimov bildirib ki, dünyada iqtisadi böhran proseslərinin kəskinləşməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılır və bütün sosial poqramlar, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. Bunun əməli təsdiqi kimi, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12 rayonda fərdi yaşayış evləri, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir edilmiş mənzillər, habelə Tərtər rayonunda 54 mənzilli yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib. Ümumilikdə ötən il nazirlik tərəfindən müharibə əlilləri və şəhid ailələrinə 281 mənzil verilib, habelə dövlət başçısının iştirakı ilə Nərimanov rayonunda 132 mənzilli yeni yaşayış binası gözdən əlillərə təqdim olunub. Bu sahədə tədbirlər qarşıdakı dövrdə də uğurla davam etdiriləcək.
Əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri çıxışlarında Prezident tərəfindən son günlərdə sosial müavinət və təqaüdlərin, əməkhaqlarının artırılması, ünvanlı dövlət sosial yardımı üçün əlavə vəsaitin ayrılması barədə fərman və sərəncamların imzalanmasını əhalinin sosial müdafiəsinə Prezident qayğısının növbəti əməli təsdiqi kimi dəyərləndiriblər. Bildirilib ki, mövcud iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar eyni zamanda sosial siyasət kursunun daim güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərlə müşahidə olunur.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar həmişə diqqət və qayğı ilə əhatə olunduqlarına, hazırda isə yeni fərdi yaşayış evləri ilə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Daha sonra tədbirlərin iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info