Səfirimiz Estoniya prezidentinə etimadnaməsini təqdim edib
Tarix: 29.01.2016 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın Estoniyada yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Murad Nəcəfbəyli Estoniya prezidenti Toomas Hendrik İlvesə etimadnaməsini təqdim edib.
Azərbaycanın Estoniyadakı səfirliyindən verilən məlumata görə, təqdimetmə mərasimi Kadriorq prezident sarayında keçirilib.
Rəsmi hissədən sonra baş tutmuş görüşdə səfir Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını Estoniyanın dövlət başçısına çatdırıb.
Səfir Azərbaycanla Estoniya arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib və gələcəkdə səylərini bu əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə yönəldəcəyini bildirib.
Görüş zamanı Azərbaycan-Estoniya əlaqələrinin ikitərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli səviyyələrdə, eləcə də hazırki vəziyyəti və inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan səfiri Estoniya prezidentini Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyət ilə bağlı həqiqətlər və ölkə prezidenti İlham Əliyevin başçılığı altında Azərbaycanın nailiyyətləri barədə məlumatlandırıb.
Səfir M.Nəcəfbəyli Toomas Hendrik İlvesə Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsini, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20% işğal edilməsini və Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların imitasiya etdiyi barədə məlumat verib.
Estoniya prezidenti öz növbəsində Azərbaycan ilə əməkdaşlıq səviyyəsindən məmnunluğunu qeyd edərək, Azərbaycanın Estoniya üçün birmənalı dost ölkə olduğunu vurğulamış və Estoniya ilə Azərbaycan arasında dinamik tərəfdaşlığın gələcəkdə də bütün sahələrdə inkişafının davam edəcəyinə əminliyini bildirib.
Estoniyanın dövlət başçısı səfirə uğurlar diləyib, Azərbaycan prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib və Azərbaycanın dövlət başçısına öz salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.
Səfir Azərbaycanın dost Estoniya ilə gələcəkdə də bütün sahələrdə əlaqələrin inkişafı və möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.
Səfir M.Nəcəfbəyli, etimadnamələrin surətini həmçinin Estoniyanın Xarici işlər nazirliyinin rəhbərliyinə cari ilin 26 yanvar tarixində təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info