ADA Universitetində “Ekoloji Sənaye Parkları” mövzusu müzakirə olunub
Tarix: 29.01.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


ADA Universitetində Balaxanı Sənaye Parkının (BSP) nümunəsində “Ekoloji Sənaye Parkları” mövzusunda dəyirmi masa keçirilib.
Xəzər-Enerji və Ətraf Mühit Mərkəzinin təşkil etdiyi dəyirmi masada məruzəçi qismində BSP-ni idarə edən “Təmiz Şəhər” ASC-in nümayəndəsi iştirak edib.
ASC-dən Trend-ə verilən məlumata görə, “Təmiz Şəhər”in sektor müdiri Faiq Məmmədov çıxışında sənaye parklarının funksyası, İstehlakçının Genişləndirilmiş Məsuliyyəti (İGM) prinsipi, İqtisadiyyat Nazirliyinin bu istiqamətdə göstərdiyi dəstək barədə danışıb.
F.Məmmədov bildirib ki, burada təkrar emalla məşğul olmaq niyyətində olan şirkətlər üçün dövlət vəsaiti hesabına bütün xarici infrastrukturu qurulur, onlar 7 il müddətinə bir sıra vergidən azad olurlar. Həmçinin dövlət bu müəssisələr üçün güzəştli şərtlərlə kreditlər təklif edir. Belə şərait ölkədə tullantı sənayesinə marağı yüksəldir və getdikcə tullantıların təkrar emalı ilə məşğul olan şirkətlərin sayının artmasına səbəb olur.
Balaxanı Sənaye Parkında fəaliyyət göstərmək üçün 50-ə yaxın şirkət “Təmiz Şəhər”ə müraciət edib. Onlardan öz rentabelliliyi və dayanıqlılığı ilə seçilən 4 şirkət BSP-nin rezidenti kimi qeydiyyatdan keçib. Həmin şirkətlər işlənmiş mühərrik yağlarının emalı və baza yağlarının istehsalının təşkil edilməsi, plastik butulkaların təkrar emalı, təkərlərin soyuq üsulla bərpa olunması, çap-poliqrafiya məhsulları istehsalı ilə məşğul olacaqlar. Həmçinin kvars qumunun hasilatı və zənginləşdirilməsi ilə məşğul olmaq niyyətində olan şirkətlə danışıqlar aparılır.
“Təmiz Şəhər”in nümayəndəsinin verdiyi məlumatlar universitetin əməkdaşlarının və tələbələrin böyük marağına səbəb olub, dəyirmi masa qızğın müzakirələr fonunda keçib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info