“Bu günə qədər heç kəsin malı sərhəddə qalmayıb və geri qaytarılmayıb”
Tarix: 29.01.2016 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


"Dövlət başçısı və ya hökumət gömrük orqanlarının funksiyalarını necə görürsə, elə də fəaliyyət göstərəcək". 
Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədrinAydın Əliyev Dövlət Gömrük Komitəsinin (DGK) hansısa digər quruma birləşdirilə biləcəyi barədə son vaxtlar yayılan məlumatlara münasibət bildirərkən deyib.
DGK sədri bildirib ki, Azərbaycanda gömrük xidməti müstəqil olub: “Elə ölkələr var ki, gömrük orqanları Maliyyə Nazirliyinin, bəzi ölkələrdə isə iqtisadiyyatla bağlı nazirliyin tərkibindədir. ABŞ-da isə qeyri-adi olaraq gömrük və sərhəd funksiyalarını yerinə yetirən təşkilatlar birləşdirilərək bir quruma verilib. Azərbaycan, Rusiya və digər MDB ölkələrində isə gömrük orqanları müstəqil fəaliyyət göstərir.
1992-ci ildən Azərbaycan Dövlət Gömrük Komitəsi nazirlik səviyyəsində fəaliyyət göstərir. Subyektiv fikrim budur ki, zaman müstəqil fəaliyyət göstərən strukturun daha çox inkişaf etdiyini göstərir".
Aydın Əliyev digər məsələlərə də toxunaraq deyib ki, bəzi insanlar brokerləri yanlış olaraq inhisarçılarla eyniləşdirirlər.
 Onun sözlərinə görə, bu gün Azərbaycan Gömrük Məcəlləsində bəzilərinin inhisarçı adlandırdıqları təmsilçi, vasitəçi institutları mövcuddur: “Bu institutlar Azərbaycanda bu gün də var. Bu institutları heç kim ləğv edə bilməz. Çünki beynəlxalq ticarət təşkilatları, gömrük təşkilatları, eyni zamanda xarici ictimaiyyət bununla bağlı sabah bizi başa düşməyəcək”.
Komitə sədri vurğulayıb ki, broker, vasitəçi və təmsilçi institutlar xidmət göstərmək üçün yaradılıb. 
Aydın Əliyevin sözlərinə görə, bu günə qədər heç kəsin malı sərhəddə qalmayıb və geri qaytarılmayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info