Yeni işə qəbul olunan dövlət qulluqçuları ilə görüş keçirilib
Tarix: 29.01.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Müsabiqə və müsahibələrdən uğurla keçmiş daha 45 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul ediliblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul olunan dövlət qulluqçuları ilə görüş olub. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev Prezident İlham Əliyevin ölkədə dövlət qulluğu sisteminin təkmilləşdirilməsinə, bu sahədə dövlətçiliyə sadiq, bilikli, işgüzar kadrların yerləşdirilməsinə, dövlət qulluğu üzrə layiqli kadr potensialının formalaşdırılmasına diqqət və qayğısından bəhs edib. Ölkəmizdə dövlət qulluğu sahəsində mükəmməl qanunvericilik bazasının olduğu diqqətə çatdırılaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə kadrların qəbulu prosesini dövlət qulluğu haqqında qanunvericiliyin prinsipləri əsasında həyata keçirir. Nazirlik bu sahədə fəaliyyətini Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə fəal əməkdaşlıq şəraitində təşkil edir.
Ötən müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə həmin Komissiyanın keçirdiyi müsabiqə və müsahibə mərhələlərində uğur qazanmış namizədlər işə qəbul olunub. Həmin kadrlar öz vəzifələrini tələb olunan səviyyədə yerinə yetirir, nazirliyin işgüzar ruhuna uyğun fəaliyyət göstərirlər. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Komissiyanın müsabiqə və müsahibələrindən uğurla keçmiş daha 45 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində müvafiq inzibati vəzifələrə işə qəbul ediliblər.
Qeyd olunub ki, nazirlik sistemində yeni işə qəbul olunan kadrların qarşısında dayanan başlıca vəzifə Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər” prinsipi əsasında fəaliyyət göstərmək, özlərinin davranışları ilə hər bir vətəndaş üçün nümunə olmaqdır. Son illərdə əmək və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya işinin təşkili, eləcə də nazirliyin digər fəaliyyət sahələrində əhaliyə xidmətin təkmilləşdirilməsi, müasir və şəffaf xidmətlər sisteminin qurulması yönündə mühüm islahatlar aparılır. Yeni işə qəbul olunan kadrlar bu islahat proseslərində daim fəal iştirak etməli, bu proseslərə öz töhfələrini verməyə çalışmalı, dövlət qulluğu sistemində çalışmağın şərəfini daim yüksək tutmalıdırlar.
Görüşdə yeni işə qəbul olunan kadrlar dövlət qulluğunda işə qəbul olunmaları prosesinin şəffaf və obyektiv şəkildə aparıldığını vurğulayıb, onlara göstərilən inam və etimadı həmişə uğurlu fəaliyyətləri, əhaliyə layilqi səviyyədə xidmət göstərmələri ilə doğruldacaqlarını bildiriblər.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info