“Gənclər var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər”
Tarix: 29.01.2016 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Zaman-zaman Azərbaycan gənclərinin yad təsirlərə məruz qalması, onların dövlətçilik, xalq əleyhinə yönəldilməsinə ciddi cəhdlər göstərilib və təssüflər olsun ki, günümüzdə də bu cür təhlükələr qalmaqdadır. Qloballaşan dünyada elm, texnika, informasiya kommunikasiyaları o qədər inkişaf edib ki, artıq gənclərimizin sosial şəbəkələr vasitəsilə bu mənfi situasiyaya cəlb edilməsi halları müşahidə edilir. Amma müsbət məqamlardan biri də odur ki, paralel olaraq ölkədə güclü vətənpərvər gənclik də yetişir və həmin gənclər öz həmyaşıdlarını sözügedən vasitə ilə yad təsirlərdən uzaqlaşdırmağa çalışır, onlar arasında müsbət mənada təbliğat işi aparırlar. Eyni zamanda bu vasitə Ilə Azərbaycanı da layiqli formada tanıdırlar. Sosial şəbəkələr vasitəsilə həyata keçirilən bu cür məqsədyönlü təşəbbüslərdən biri də cari il, yanvar ayında gündəmə gəlib. Belə ki, “Facebook” sosial şəbəkəsində Gənc Liderlər Heydər Əliyev yolunda facebook səhifəsi açılıb. Gənc liderlər Heydər Əliyev yolunda “Facebook” səhifəsinin layihə rəhbəri Nicat Müslümov deyir ki, başlıca məqsəd gənc bacarıqlı gəncləri bir araya gətirməkdir: “Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına sıx birləşdirməkdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin dəstəyilə ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq”. Nicat Müslümov bildirib ki, sözügedən səhifəni
izləyənlərin sayı 4.000-dən artıqdır və səhifənin izləyicisi olan üzvlərinin sayı gündən-günə artır: “Bizim layihədə 18-50 yaş arası könüllü insanlar iştirak edir. Dövlət və özəl sektorda çalışanlar , gənc tələbələrimiz də var”. Layihə rəhbəri deyir ki, komandanın üzvlərin sayı isə ümumilikdə 15 nəfərdən ibarətdir: “Facebook”da yaratdığımız Gənc Liderlər Heydər Əliyev Yolunda səhifəmizi istər ölkəmizdə, istərsə də Avropada təhsil alan gənclər səhifənin, qrupun fəaliyyətini izləyə bilirlər və onlar da öz çevrələrini, Avropada yaşayan insanları bura üzv olmağa dəvət edərlər. Mən bütün soydaşlarımızı “Facebook”da yaratdığımız Gənc Liderlər Heydər Əliyev Yolunda səhifəmizi izləməyə, aktiv
fəaliyyət göstərməyə çağırıram”. Nicat Müslümov deyib ki, səhifədə milli mədəniyyətimiz, ədəbiyyatımız , tariximiz, milli musiqimiz , İdmanımız haqqında paylaşımlar gedir: “Azərbaycanı təbliğ edirik. Həmçinin səhifədə Azərbaycanın Prezident cənab İlham Əliyevi, Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, ”Baku” Jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva haqqında yazılar dərc olunur. Səhifəmizdə Dağlıq Qarabağ, milli qəhrəmanlar 20 Yanvar, Xocalı soyqırımı haqqında məlumatlar gedir”. Nicat Müslümov deyir ki, Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilir: “Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. İndiki situasiyada da gənclərimiz bu sahədə dövlət tərəfindən atılan addımları çox yüksək qiymətləndirirlər. Onlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin əsas dəstəkverici qüvvəsi, təbliğatçısı və təşviqatçısıdırlar. Hesab edirəm ki, bundan başqa cür də ola bilməz. Çünki gənclərimiz bu siyasətin onların həyatında müsbət dəyişikliklərə səbəb olduğunu açıq görürlər. Ümid edir və buna qətiyyətlə inanırıq ki, bundan sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara, nailiyyətlərə imza atacaq”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info