Bəzi KİV rəhbərlərinə xəbərdarlıq edildi 
Tarix: 29.01.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, bir sıra internet saytlarında “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq cari ilin yanvar ayında respublikanın müxtəlif bölgələrində ayrı-ayrı şəxslər tərəfindən təşkil edilməklə keçirilmiş aksiyaların ölkədə guya sosial-iqtisadi vəziyyətin pisləşməsi, əhalinin mövcud vəziyyətdən narazı olması kimi qiymətləndirilməsi, eləcə də həmin aksiyalarla əlaqədar heç bir dəqiqləşdirmə aparılmadan və dövlət orqanlarının rəsmi mövqeyi öyrənilmədən açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilməklə məlumatlar yayımlanıb.
 
Bəzi hallarda həmin məlumatlarda aksiyaların Bakı şəhərində və respublikanın digər bölgələrində növbəti keçirilmə vaxtları elan edilib, vətəndaşları kütləvi iğtişaşlara təhrik etməyə cəhdlər göstərilib, ayrı-ayrı vəzifəli şəxslər ağır cinayətlərdə ittiham edilib, həmçinin müxtəlif dövlət strukturları və onların rəhbərləri haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli informasiyalar yayılıb.
 
Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və “Qaynar-media” MMC-nin rəhbərləri Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info