Acarıstanın nüfuzlu qəzeti Azərbaycanla bağlı xüsusi buraxılış yayımlayıb
Tarix: 29.01.2016 | Saat: 20:16:00 | E-mail | Çapa göndər


Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu “Adjara P.S.” qəzetində Azərbaycanla bağlı “Yol və körpü vasitəsilə dostluq” adlı xüsusi buraxılış dərc edilib. Qəzetin xüsusi buraxılışının ilk nömrəsində Davos İqtisadi Forumunun rəsmi saytında çıxan prezident İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi gürcü dilində yerləşdirilib. Həmçinin, qəzetin xüsusi buraxılışında Azərbaycan xalqının mədəni ənənələrindən, Azərbaycan ədəbiyyatının və tarixinin  təbliği, o cümlədən, turizmin inkişafı sahələri haqqında geniş məlumat verilib.
 
“Yol və körpü vasitəsilə dostluq” adlı xüsusi buraxılışın dərc edilməsinin əsas məqsədi  Azərbaycan və Gürcüstan arasında mövcud mədəni və iqtisadi əlaqələri təşviq edilməsi, vaxtaşırı olaraq Azərbaycanın tarixi məlumatlarının oxuculara təqdim edilməsi, Gürcüstanla geniş dostluq əlaqələri, eləcədə, müxtəlif sahələrdə əldə edilmiş bir çox nailiyyətlər barədə məlumatların dərc edilməsidir. Bununla da, Gürcüstanda eləcə də Acariyada yaşayan Azərbaycanlıların mədəniyyəti, adət - ənənələri, maraqlarını və onların gürcü əhalisi ilə yaşayış tərzini geniş formada təqdim edilməsi, ayda 1 dəfə olaraq, qəzetin xüsusi buraxılışı vasitəsilə geniş oxucu kütləsinə təqdim olunacaq. Əlavə olaraq, həmin bu nəşr vasitəsilə oxuculara Azərbaycanın Batumidəki Baş Konsulluğunun fəaliyyəti ilə yaxından tanış olmaq imkanı da yaradılacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info