“Sosial məsuliyyət şirkətlərin inkişaf strategiyasının bir hissəsi olmalıdır”
Tarix: 29.01.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Rüfət Əzizov: “İşçilərin təlimi, istehsal xətlərinin təmiri və sair məsələlər indiki zamanda daha səmərəli fəaliyyət və artım üçün reallaşdırıla bilər”

İndiki situasiyada, neftin qiymətlərinin düşməsi ilə bağlı qlobal dünya iqtisadi böhranı fonunda Azərbaycanda iqtisadi artım və qeyri-neft sektorunun inkişafı tempini qoruyub saxlamaq üçün yerli istehsalı gücləndirməkdə əsas effektiv vasitələrdən biri yerli istehsalı gücləndirməkdir. Bu məsələdə indiki situasiyada dövlət şirkətlərə, sahibkarlara yaradılan şəraiti daha da münbitləşdirib və genişləndirib. Belə olduğu halda, şirkətlər daha məhsuldar işləməli və yeni dövrün tələblərinə cavab verməlidirlər. Azad rəqabət və artırılmış imkanlar şəraitində şirkətlər neft qiymətlərinin enməsi şəraitində uğradıqları fəaliyyət durğunluqlarını kompensasiya edə bilərlər. Amma bu, qətiyyən o anlama gəlməməlidir ki, şirkətlər, istehsal müəssisələri süni şəkildə işçi ixtisarlarına yol verməlidirlər. Əksinə, onlar bu situasiyada indiyə qədər onları inkişaf etdirmiş işçilərinin qədrini bilməli, onlar və cəmiyyət qarşısında korporativ sosial məsuliyyətlərini hiss etməlidirlər. Qeyd edək ki, Prezident İlham Əliyev son tədbirdəki çıxışında bu baxımdan sahibkarları, şirkətləri öz sosial məsuliyyətlərini dərk etməyə və bundan irəli gələn vəzifələrinin öhdəsindən gəlməyə, işçiləri ixtisarlara yol verməməyə çağırıb. Prezident bildirib ki, sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisarlara yol verilməməlidir. Bununla yanaşı, iş yerlərinin açılması prosesi mütləq davam etdirilməlidir: “Bakıda və bütün bölgələrdə dövlət şirkətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər”.
Prezidentin mövqeyi belədir ki, sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Bu situasiyada sahibkarlığın inkişafı üçün yeni yanaşmalar lazımdır. Həmçinin ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır, Azərbaycanda rəqabət qabiliyyətli məhsul istehsal edən və xaricə satan sahibkarlara güzəştlər edilməlidir. Bundan başqa, sahibkarlar biznes maraqlarından irəli gələn kreativlik sərgiləyə, yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Bu, həm onların, həm də ümumilikdə iş yerlərinin artırılması, rifah halının yaxşılaşdırılması ilə bağlı cəmiyyətin və dövlətin xeyrinədir.
Bu barədə bizə fikirlərini bildirən gənc alim, kimya sənayesi üzrə ekspert Rüfət Əzizov qeyd etdi ki, hazırda şirkətlər mövcud situasiyadan itkisiz çıxmaqla bağlı müxtəlif yollara baş vururlar: “Bununla belə, onların bəziləri müəyyən çətinliklərlə qarşılaşırlar. Bu da ondan xəbər verir ki, şirkətlər bu cür ümumi dünya böhranına hazır deyilmişlər. Bundan başqa, bəzi hallarda, son dövrlərə kimi şirkətlərin peşəkar inkişafını yavaşıdan müəyyən səbəblər də olub. Amma bu süni hallar indi dövlət və Prezident tərəfindən aradan qaldırılıb. Bununla belə, qeyd etmək istərdim ki, kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlərin çoxu taktiki səmərəli şirkətlərdir. Yəni onların bir çoxunun uzunmüddətli strategiyaları yoxdur.

“Belə situasiyalarda investisiya qoymaq da sərfəlidir, çünki hər şey ucuz olur”

Çoxlarında maliyyəçi, insan resurslarları mütəxəssisi kimi mütəxəssislər yoxdur. Bundan başqa, onların bir çoxunda uzunmüddətli inkişaf strategiyası olmayıb. Strategiya olmadığı halda, sosial məsuliyyət strategiyaları da zəif olacaqdı. Ona görə də şirkətlər bu kimi kadr və strategiya məsələlərinə yenidən baxmalı, bu çatışmazlıqların yerini doldurmalıdırlar. Sosial məsuliyyət şirkətlərin inkişaf strategiyasının bir hissəsi olmalıdır. Bunun ardınca isə sosial məsuliyyət məsələsi barədə düşünməlidirlər.
Ümumiyyətlə isə böhran zamanı şirkətlər öz ehtiyat büdcələrindən istifadə edib, gərgin iş rejimi zamanı edə bilmədiklərini etməlidirlər. Məsələn, işçilərin təlimi, istehsal xətlərinin təmiri və sair məsələlər indiki zamanda daha səmərəli fəaliyyət və məhsuldarlıq, artım üçün reallaşdırıla bilər”.
Ekspertin fikrincə, hətta, belə situasiyalarda investisiya qoymaq da sərfəlidir, çünki hər şey ucuz olur.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info