Neftin qiymətinin artması Rusiyadan asılıdır
Tarix: 29.01.2016 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Dmitri Peskov: ” Rusiya digər ölkələrlə qara qızılın istehsalınıın azaldılması barədə müzakirələr aparmaq niyyətindədir”
«Rusiya digər ölkələrlə neft qiymətlərinin tənzimlənməsi məsələlərini, xüsusilə də, qara qızılın istehsalınıın azaldılması barədə müzakirələr aparmaq niyyətindədir». Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Mətbuat katibinin açıqlamasına münasibət bildirən «RİA Novosti» də, «Əlbəttə, Rusiya belə əlaqədər istiqamətində fəaliyyətini davam etdirəcək», -deyə məlumat yayıb.
Qeyd edək ki, bir müddət bundan əvvəl neftin qiyəmtindəki enmələrə münasibət bildirən Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, «bu xammal dünya iqtisadiyyatının həcminin ümumi azalması fonunda ucuzlaşır». Təbii ki, bu məsələnin bir tərəfidir. Lakin məsələnin digər tərəfi dünya bazarına çıxarılan neftin çoxluğu ilə əlaqədardır. Xatırladaq ki, neftin qiyməti ötən illərə nisbətən, demək olar ki, 4 dəfədən artıq aşağı düşüb.Qeyd edək ki, dünya bazarında neft qiymətlərinin aşağı düşməsinin dünya iqtisadiyyatına yeni stimul verəcəyini də iddia edənlər var. Lakin iqtisadiyyatı daha çox bu xammaldan asılı olan ölkələr qiymət enməsinə səbəb kimi, dünya bazarında tələblə təklif arasındakı qeyri- bərabərliyi əsas kimi göstərirlər. Bu da həqiqətdir ki, dünyada neft hasilatı üzrə ümumi əlaqələndirici kimi çıxış edən OPEK bir müddət bundan əvvəl, bütün bunlara baxmayaraq, neft hasilatının azaldılması barədə deyil, artırılması barədə qərar qəbul etmişdi. Dünyanın aparıcı neft istehsalçılarından olan Səudiyyə Ərəbistanı da dünya bazarına çıxaracağı «qara qızıl»ın həcmini azaldacağı barədə söz versə də, hələ ki, rəsmi olaraq, buna riayət etməyib.
Bütün bunlara rəğmən, «neftin xilaskarı» kimi, təqdim edilən Rusiya bu istiqamətdə ilk addımları atmaq niyyətindədir. Belə ki, «Rusiya neft hasilatının azalması ehtimalını qəbul edir»- bəyanatıyla çıxış edən Rusiyanın energetik naziri Aleksandr Novak müvafiq qərarın OPEK-in növbədənkənar iclasında qəbul edilə biləcəyini bəyan edib. Məhz bu bəyanatdan sonra neftin qiyməti 36 dolları ötdü. Ardınca Dmitri Peskovun da oxşar fikr səsləndirməsi neftin qiymət artımına təsir edə bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info