Mingəçevirdə sənaye məhsullarının çeşidi və istehsalın həcmi artırılır
Tarix: 29.01.2016 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə sənaye potensialının gücləndirilməsi, müəssisələrin istehsal gücünün artırılması, yerli tələbata uyğun müxtəlif çeşidli məhsulların istehsalı məqsədilə mühüm addımlar atılır.
Son vaxtlar Mingəçevirdə sənaye sahələrinin genişləndirilməsi istiqamətində görülən tədbirlər istehsalın artırılmasına və yeni iş yerlərinin açılmasına hesablanıb. Belə müəssisələrdən biri olan “Mingəçevir İzolit” ASC-də elektrotexnika və energetika sənayesi üçün 25-ə yaxın çeşiddə məhsul istehsal edilir.
“Mingəçevir İzolit” ASC-nin sədri İsmayıl Məmmədov AZƏRTAC-a bildirib ki, rəhbərlik etdiyi müəssisə 1963-cü ildə fəaliyyətə başlayıb və 2008-ci ildə tam özəlləşdirilib. On altı hektar ərazisi olan və əsasən elektrik-izolyasiya sahəsi üçün müxtəlif təyinatlı məmulatlar, neft-qaz sənayesi və su-kanalizasiya sistemi üçün şüşə-plastik, içməli su və təbii qaz xətlərinin çəkilişi üçün polietilen borular istehsal edən zavodda yenidənqurma işləri aparılıb, Türkiyə, Makedoniya və Çindən gətirilmiş müasir avadanlıqlar quraşdırılıb.
Hazırda 90 nəfərin çalışdığı müəssisədə kanalizasiya və drenaj xətləri üçün şüşə plastikdən kompozit borular, bacalar, aşınmaya davamlı izolyasiya xarakterli müxtəlif ölçülü nərdivanlar, ayaqaltılar, məhəccərlər də istehsal olunur.
İsmayıl Məmmədovun sözlərinə görə, müəssisənin aylıq istehsal gücü plastik boru üzrə 650 ton, kompozit boru və profillər üzrə 170 tondur. Zavod bir ayda 3 milyon manatlıq məhsul istehsal edir. O, hazırda zavodun istehsal gücünün cəmi 5 faizindən istifadə edildiyini bildirib. İsmayıl Məmmədov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq işlərində dönüş yaratmağa çalışdıqlarını, yerli bazar üçün rəqabət qabiliyyətli çox çeşidli məhsullar istehsal etməyi və işçilərin sayını artırmağı qarşıya məqsəd qoyduqlarını bildirib.
Sahibkar bildirib ki, əsasən daxili bazar üçün məhsul istehsal edən müəssisə yaxın vaxtlarda yeni avadanlıqların quraşdırılması hesabına məhsul çeşidini daha da artırmağı planlaşdırır. ASC-nin məhsullarının yaxın gələcəkdə xarici ölkələrə də ixracı nəzərdə tutulur.
Mingəçevirdə fəaliyyət göstərən “Azərkabel” zavodu da məhsul istehsalını artırmağı hədəfləyib. Əsasən açıq naqillərin, məişət naqillərinin və SİP kabellərin istehsal olunduğu bu müəssisənin yeni inkişaf planı hazırlanıb. Əsas məqsəd isə daxili bazarda ixrac şəbəkəsini genişləndirmək və məhsul çeşidini artırmaqdır.
Bundan əlavə, dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, energetiklər şəhərindəki köhnə toxuculuq fabrikinin 14,5 hektarlıq ərazisində Mingəçevir Sənaye Parkının yaradılması üçün hazırlıq işləri görülür. Gələn ay söküntü işləri yekunlaşdıqdan sonra layihənin icrasına başlanılacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info