“Azərbaycan yığması əvvəllər hər oyunda az qol buraxmaq üçün oynayırdı”
Tarix: 29.01.2016 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Hazırkı müqaviləm 2017-ci ildə başa çatır. Amma rəhbərliyin anlaşma müddətini növbəti Avropa çempionatının seçmə mərhələsinin sonunadək uzatmaq istədiyinə dair əlamətlər var. Yəni mənə 2020-ci ilədək əməkdaşlıq təklifinin ediləcəyi mümkündür". Bunu Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Serbiya mətbuatına müsahibəsində deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, ona, həqiqətən də, əla şərait yaradılıb: "Yaxşı infrastruktur, sabit maliyyələşmə. Öz müqaviləmin maddi tərəfləri də yüksəkdir, amma bu, elə də önəmli deyil". Prosineçki Azərbaycan yığmasına gəlişi ilə düzgün addım atdığını da bildirib: "Zəng gəldi, bütün vəziyyətlə tanış oldum və təklifi qəbul etməyi qərara aldım. Bu baxımdan, bir il öncə düzgün addım atdığımı düşünürəm". Baş məşqçi Azərbaycanda olduğu müddətdə yığmaya özünəinam hissi aşıladığını açıqlayıb: "Doğrusu, bir il əvvəl məndən əvvəlki baş məşqçinin ayağına yazılan ardıcıl məğlubiyyətlərdən sonra dəvət aldım. Elə bir vaxt idi ki, yığma heç bir xal qazana bilməmişdi. Ötən müddətdə irəliləyişə nail olduq, Maltanı məğlub etdik. Oyunçular təqdim olunduqlarından daha çoxuna layiq olduqlarını anlamağa başladılar. Azərbaycan yığması əvvəllər öz imkanlarına inanmadan hər oyunda az qol buraxmaq üçün oynayırdı. Mənim əsas vəzifəm odur ki, oyunçulara daha artığını etməyə qadir olduqlarını inandırım. Bunun üçün əsas da var: Azərbaycan döyüş növlərində yaxşı ənənələrə malikdir. Bu isə onların çox aqressiv və döyüşkən olmaları anlamına gəlir. Onlar üçün əsas məsələ təbii üstünlüklərini meydanda ortaya qoymaqdan ibarətdir". Azərbaycanda çox istedadlı gənc futbolçuların olduğunu deyən Prosineçkinin fikrincə, U-21 yığmasının oyunçularını öz komandalarına götürmək istəyənlər var. Baş məşqçi "Antalya Cup" turnirini qazanan millinin Azərbaycanda futbolun gələcəyinin olduğunu nümayiş etdirdiyini vurğulayıb. Qeyd edək ki, 20 günədək Türkiyənin Antalya bölgəsində olan Robert Prosineçki Azərbaycan komandalarının təlim-məşq toplanışlarını və oyunlarını izləyib.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
UEFA Avropa Liqası: “Fənərbaxça“ turnirdə mübarizəni dayandırıb
22.02.2019
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub
22.02.2019
Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
21.02.2019
Dünya futbol ulduzları Bakıya gələcəklər
21.02.2019
Azərbaycan Gimnastika Federasiyası FIG tərəfindən “Mükafatlandırılan Federasiyalar“ siyahısında birinci olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info