Sosial ipotekada ilkin ödəniş ləğv edilə bilər
Tarix: 20.02.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


“Sosial ipoteka haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Artıq sənəd üzərində bütün ziddiyyətli məqamlar həll olunub və bütün aidiyyəti qurumlardan müsbət rəylər alınıb. Layihə birbaşa gənclərin sosial rifahının gücləndirilməsi məqsədini daşıyır. Xatırladaq ki, layihənin müzakirəsi ötən sessiyadan bu sessiyaya keçirilsə də, yenə də Milli Məclisin cari sessiyasının iş planına salınmayıb. Qeyd edək ki, sənəddə bir sıra yeni təkliflər var. Təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur. Sosial ipoteka kreditinin maksimum məbləğinin indiki 35 mindən 50 min manata, hətta 60 min manata qədər artırılması təklif edilir. Eləcə də sosial ipoteka çərçivəsində illik faiz dərəcələrinin hazırkı 4%-dən aşağı salınmasının təkrar nəzərdən keçirilməsi mümkündür. Layihəyə görə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Layihədə nəzərdə tutulan Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq və bu zaman bütün məbləği tam şəkildə özü ödəməli olacaq.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info