“Okeanın o biri tayına məhsul ixrac edirik”
Tarix: 30.01.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin sahibkarlar üçün yaratdığı şəraitin nəticəsidir ki, bu gün Azərbaycan okeanın o biri tayına belə, məhsul ixrac edə bilir”.
Bunu AZƏRTAC-a “Şərq Ulduzu” şirkətinin təmsilçisi Kənan Əlirzayev deyib. Şəmkirdə şərab istehsalı ilə məşğul olan şirkət nümayəndəsi vurğulayıb ki, Prezidentin verdiyi tapşırıqlar sahibkarların işini asanlaşdırıb. Buna misal olaraq Azərbaycana idxal olunan malların sayının azalmasını, ixracın isə artmasını göstərib. O, qeyd edib ki, bütün bunlar öz növbəsində iqtisadi artıma gətirib çıxarıb: “Əvvəllər Azərbaycana idxal olunan mallar çox idisə, hazırda həmin mallar yerli istehsal gücünə yaradılır, artıq Azərbaycan ixracatçı ölkəyə çevrilib. Məsələn, biz bir neçə ildir ki, istehsal etdiyimiz məhsulları Rusiya, Yaponiya, Amerika və Koreyaya ixrac edirik”. Sahibkar bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində sahibkarlar üçün münbit şərait yaradılır, dövlət səviyyəsində dəstək göstərilir. “Şərq Ulduzu” şirkətinin qarşıdakı hədəflərindən danışan K.Əlirzayev bildirib ki, onlar istehsal sahəsini və ixrac potensiallarını daha da artırmağı planlaşdırırlar. Bunun üçün artıq əməli iş də görülüb - şirkət məhsulunu ixrac etmək üçün Türkiyə ilə danışıqlara başlayıb. “Şərablarımızı Türkiyəyə ixrac etmək məqsədilə qida standartından keçməsi üçün Türkiyəyə göndərmişik. Daha sonra nə qədər məhsul ixrac edəcəyimiz barəsində müzakirə aparacağıq”, - deyə Kənan Əlirzayev bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info