Bakıda Azərbaycan-İndoneziya energetika forumu keçirilir
Tarix: 01.02.2016 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Bu gün Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu öz işinə başlayıb.
Tədbiri giriş sözü ilə açan energetika naziri Natiq Əliyev bildirib ki, ölkəmiz bu sahədə öz təcrübəsi ilə İndoneziya ilə bölüşməyə hazırdır. Nazir əlavə edib ki, Azərbaycan İndoneziya ilə əməkdaşlığa böyük önəm verir.
İndoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Lyonan Jratmaja Puja ölkəsinin neft-qaz sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açıb.
Qeyd edək ki, tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, o cümlədən dövlət şirkətləri olan SOCAR, "Azərenerji" və "Azərişıq" ASC-nin təqdimatlarının keçiriləcəyi nəzərdə tutulub.
Həmçinin İndoneziyanın “Pertamina” şirkəti və SOCAR-ın biznes icmallarına baxılacaq.
Forum çərçivəsində "SOCAR Trading" və "Pertamina" arasında biznes tərəfdaşlığına dair Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulub.
Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında İndoneziyanın Azərbaycanın ticarət dövriyyəsinin payı 2,61%, o cümlədən idxalda 0,29%, ixracatda 4,35% təşkil edib. İndoneziya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 400,9 mln. ABŞ dolları, idxalın həcmi 19,8 mln. dollar, ixracın həcmi 381,72 mln. dollar təşkil edib. Xarici ticarət saldosu müsbət 362,54 mln. dollar olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
21.09.2018
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
21.09.2018
Azərbaycan neftinin bir barreli 80,34 dollara satılır
21.09.2018
Toxuculuq sənayesi 63 faiz artıb
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info