“Azərbaycan yeganə ölkədir ki, iş icazəsi ilə yaşayan əcnəbi rüsum ödəmir”
Tarix: 01.02.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


"Azərbaycan yeganə ölkədir ki, iş icazəsi ilə burada yaşayan əcnəbi rüsum ödəmir".
Bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev deyib. Onun sözlərinə görə, rüsumu əcnəbiləri Azərbaycana dəvət edən şirkətlər ödəyir: "Çünki şirkət onun sayəsində mənfəət əldə edir. Əcnəbi Azərbaycanda işləyir və yaşayırsa, müddət bitdikdən sonra qanunvericiliyə uyğun olaraq ya ölkəni tərk etməli, ya da iş icazəsi və yaşayışı uzatmalıdır. Əvvəllər qanunda boşluq var idi və bu müddət bitən kimi dərhal edilməli idi. Lakin qanunvericilikdə bu problem həll olundu və 10 gün qalmağa icazə var. Bəzən işçini dəvət edən şirkətlər səhlənkarlıq edir və iş icazəsinin müddətini vaxtında uzatmırlar. Həmin şirkətlər cəzalandırılırlar. Dövlət Miqrasiya Xidməti hazırda  İctimai Şura yaradıb. Bu yaxınlarda onun iclas keçirilib və şura üzvləri sıx əməkdaşlıq çərçivəsində qanunvericilikdə olan boşluqlar barədə əcnəbilər tərəfindən verilmiş ərizələrə əsasən təkliflər paketi hazırlayıblar. Onlardan bir hissəsinə miqrasiya məcəlləsinə dəyişiklik edilməsi üçün baxılıb və müvafiq qurumlara göndərilib".
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info