Tələbələrin biliklərinin artırılması üçün yeni imkan
Tarix: 01.02.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft və Sənaye Universiteti informasiya texnologiyaları profilli ixtisaslar üzrə təhsil alan tələbələrin biliklərinin beynlxalq tələblərə uyğunlaşdırılması, bu sahədə resursların əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra yeniliklərin həyata keçirilməsinə başlayıb. 2015-2016 tədris ilinin əvvəlindən bu istiqamətdə fəaliyyətə başlayan universitet AİSTGroup şirkətinin dəstəyi ilə ötən ilin son günlərində prosesin ilkin mərhələsi olaraq Oracle Academy, Cisco Academy və Microsoft Academy kimi qeydiyyat prosesini tamamlayıb.
Eyni zamanda, mühəndislik sahəsində təhsil alan tələbələrin rəsmi lisenziyaya malik proqram təminatlarından faydalanması məqsədilə universitet tərəfindən Autodesk Academic Resource Center qeydiyyatdan keçirilib və nəticədə resurslardan rəsmi istifadə imkanı təmin edilib. Əlavə olaraq universitet tərəfindən akademiyalar çərçivəsində nəzərdə tutulmayan istiqamətlər üzrə imkanları genişləndirmək, bu sahə üzrə fəallığın artırılması, tələbələr arasında informasiya mübadiləsinin aparılması məqsədilə AZİİ-İTClub təsis edilib.
AZİİ-İTCluba üzv olmaq istəyən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri 01 fevral 2016-cı il tarixindən 25 fevral 2016-cı il tarixinə qədər asoiu.edu.az saytında “AZİİ-İTCluba qeydiyyat” formasını dolduraraq müraciət edə bilərlər. Təlimlər üçün nəzərdə tutulmuş yerlər məhduddur. Təlimlərdə iştirak etmək istəyən şəxslərin ilkin kompüter və başlanğıc səviyyədə texniki ingilis dili üzrə biliklərinin olması tələb edilir.Tələblərə cavab verən tələbələrin seçimi məntiqi təfəkkürün yoxlanılması ilə həyata keçiriləcək. Hər təlim kursu üzrə ən yüksək nəticə göstərən ilk 20 tələbənin cəlb edilməsi nəzərdə tutulub. AZİİ-İTClub barədə tələbələrin məlumatlandırılması məqsədilə 20 fevral 2016-cı il tarixdə, saat 11:00-da görüşün keçirilməsi planlaşdırılır. Ətraflı məlumat almaq istəyən tələbələrin görüşdə iştirakı tövsiyə edilir.Akademiyalar çərçivəsində reallaşdırılacaq təlimlər AİSTGroup şirkətinin beynəlxalq sertifikatlı mütəxəssislərinin iştirakı ilə həyata keçiriləcək.
Təlimlər nəticəsində tələbələrin bilik səviyyələrinin artırılması və beynəlxalq sertifikatlara yiyələnmələri məqsədilə nəzəri və praktiki məlumatların verilməsi təmin olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info