“Çalışacağıq ki, Prezidentin göstərdiyi yolda, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək”
Tarix: 01.02.2016 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi. Bu görüş biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi, məqsədlərin aydınlaşdırılması baxımından yararlı olacaq. Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, gənclər də bundan sonra dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər.
Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşündə iştirak edən və dövlət başçısı tərəfindən “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov görüş və aldığı mükafat barədə fikirlərini bölüşərkən söyləyib: “Prezident İlham Əliyevin bir qrup fəal gənclə görüşməsi müstəsna əhəmiyyətə malikdir. 2 Fevral – Gənclər Günü ərəfəsində belə bir görüşün baş tutması ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir. Keçirilən görüşdə iştirak edən bir gənc kimi onu deyə bilərəm ki, Prezident İlham Əliyev hər dəfə olduğu kimi gənclərlə çox səmimi söhbət apardı. Dövlət başçısı ilk öncə Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər saldı və bu müstəqilliyin hansı əziyyətlər bahasına başa gəldiyini gənclərin diqqətinə çatdırdı. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsindəki rolunu xatırladan Prezident İlham Əliyev gənclərimizin milli dəyərlərə bağlı yetişməsinin və dövlətçiliyimizin qorunmasında çox vacib rol oynamasının əhəmiyyətini qeyd etdi. Ümumiyyətlə, dövlət başçısı öz çıxışında iqtisadiyyatın şaxələnməsi, yeni texnologiyaların istifadəsi, xarici siyasət və müxtəlif istiqamətlərdə öz fikirlərini bildirdi. Gənclərin hər bir sahədə aktiv rol oynamasının vacibliyini qeyd edən Prezident İlham Əliyev gənc alimlərin yetişməsi, müxtəlif müəssisələrdə azərbaycanlı gənc menecerlərin olması, gənc sahibkarlara kömək, beynəlxalq təşkilatların işində azərbaycanlı gənclərin iştirakı və digər bu kimi məsələlər barədə öz fikirlərini bildirdi".
E.Aslanov qeyd edib ki, aldığım mükafat Prezident İlham Əliyevin gənclərə böyük etimadının göstəricisidir: "Mən və rəhbərlik etdiyim təşkilat bundan sonra da bu etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, Prezident İlham Əliyevin göstərdiyi yolda, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Dövlət başçısına biz gənclərə böyük diqqət və qayğısı üçün bir daha təşəkkür edirik. Azərbaycan Tələbələr Birliyinin sədri kimi bəyan edirəm ki, bundan sonra da ölkəmizin inkişafında bütün bilik və bacarığımı sərf edəcəyəm”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info