Sahibkar: “Dövlət başçısının qayğısına əməli işimizlə cavab verəcəyik”
Tarix: 01.02.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Bu gün dünyanı bürüyən maliyyə böhranının ölkəmizə təsirini azaltmaq üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar həqiqətən də təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Biz sahibkarlar da dövlətimizin başçısının qayğısına əməli işimizlə cavab verəcəyik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Zaqatalada fəaliyyət göstərən “Eko-Zaqatala” MMC-nin rəhbəri, rayon Arıçılar Birliyinin sədri Mövluddin Qurbanəliyev söyləyib.
Arıçılığın iqtisadi cəhətdən gəlirli sahə olduğunu bildirən sahibkar deyib: “Sevindirici haldır ki, Zaqatala rayonu bu sahədə respublikamızda öncüllər sırasındadır. Hazırda rayonun arıçılıq təsərrüfatlarında 17 minə yaxın arı ailəsi var. İl ərzində bu təsərrüfatlarda 200 tondan çox bal, 18 ton mum, 600 kiloqram çiçək tozu, 150 kiloqram vərəmum (propolis), 7-8 kiloqram arı südü və digər arı məhsulları istehsal olunur”.
M.Qurbanəliyev bildirib ki, arıçılıqda damazlıq işinin təşkili çox vacib məsələdir. Rəhbərlik etdiyi “Eko-Zaqatala” MMC uzun illərdir rayonda arıçılığın inkişaf etdirilməsi üçün iş aparır. Təsərrüfatda yetişdirilən “Boz Qafqaz” cinsindən olan ana arılar rayonda bu sahədə işləyən sahibkarların tələbatını qismən də olsa ödəyir.
Dövlətimizin başçısının ölkədə azad rəqabətin yaradılması, monopoliyanın aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların zaqatalalı sahibkarların da ürəyincə olduğunu vurğulayan M.Qurbanəliyev bildirib ki, rəhbərlik etdiyi təsərrüfat rayon icra hakimiyyətinin dəstəyi ilə artıq Yaponiyanın “BBA” şirkəti ilə əlaqələr qurub və istehsal etdikləri arıçılıq məhsullarının dünya bazarına çıxarılması üçün imkanlar əldə edib.
Damazlıq təsərrüfatının rəhbəri Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğıdan bəhrələnərək, rayonda arıçılığın inkişaf etdirilməsi üçün bundan sonra da var qüvvə ilə çalışacaqlarını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info