NDU ilə Kimçonq Universiteti arasında tələbə mübadiləsi başladı
Tarix: 20.02.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti ilə Cənubi Koreyanın Kimçonq Universiteti arasında tələbə mübadiləsi başlanıldı. Bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru, akademik İsa Həbibbəyli çıxış edərək, Cənubi Koreya ilə siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafında elmin, təhsilin və dilin müstəsna rolundan danışıb.
Rektor, universitetin Cənubi Koreyanın ali təhsil ocaqları ilə əməkdaşlığının əhəmiyyətindən, muxtar respublika rəhbərliyinin və Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Cənubi Koreyanın Kimçonq və Busan Kyumqsunq universitetləri ilə hərtərəfli əməkdaşlığa malikdir və Boloniya sisteminin prinsiplərinə uyğun olaraq Cənubi Koreyanın Kimçonq universiteti ilə tələbə mübadiləsinə başlanılıb. Koreyanın qrant yardımı və texniki əməkdaşlıq proqramlarını həyata keçirən KOICA dövlət agentliyi ilə universitetə muasir informasiya texnologiylarının alınması, elektron idarəetmə sisteminin yaradılması ilə bağlı birgə layihə reallaşdırılması haqqında da məlumat verən rektor, hazırda universitetdə 10 nəfərə yaxın koreyalı tələbənin, bakalavr, magistratura, doktrantura üzrə təhsillərini davam etdirdiklərini vurğulayıb. Qeyd olunub ki, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Koreyaşünaslıq” seçmə fənni tədris olunur. Buradakı Cənubi Koreya Mərkəzi uğurla fəaliyyət göstərir. Mərkəzdə Koreya dili üzrə hazırlıq kurslarının fəaliyyət göstərməsi isə Koreya dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından böyük önəm daşıyır. Tələbə mübadiləsi məqsədilə Naxçıvan Dövlət Universitetindən 3 nəfər tələbə -Tərcümə (ingilis dili- azərbaycan dili) ixtisası üzrə birinci kurs tələbəsi Nəsir Neymətli, hüquqşünaslıq ixtisası üzrə birinci kurs tələbəsi Əkbər Həsənli, Stomatologiya ixtisası üzrə birinci kurs tələbəsi Şahin Tağıyev Cənubi Koreyanın Kimçonq universitetində 6 ay müddətində təhsillərini davam etdirəcəklər. Həmçinin Kimçonq universitetindən gələn 2 tələbə Lee Sumi və Jeonq Seok bakalavr pilləsində təhsillərini bir il müddətində Naxçıvan Dövlət Universitetində davam etdirəcəklər. Koreya dili hazırlıq kurslarının müəllimi, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi” ixtisaslaşması üzrə magistrantı, Cənubi Koreya vətəndaşı, ilk koreyaca-azərbaycanca danışıq kitabçasının müəllifi Çanq Se Cunq koreya dili hazırlıq kursunun gedişi barədə məlumat verib.
Kimçonq universitetinin tələbəsi Jeonq Seok çıxış edərək, yaxşı təhsil almaq üçün Naxçıvan Dövlət Universitetində hər cür şərait yaradıldığını, bu universitet haqqında Cənubi Koreyada da müsbət fikirlərin olduğunu və təhsilini bir illik davam etdirmək üçün məhz bu universiteti seçməsindən məmnunluq duyduğunu qeyd edib. Stomatologiya ixtisası üzrə birinci kurs tələbəsi Şahin Tağıyev çıxışında tələbə mübadiləsini yüksək qiymətləndirərək, ölkəmizi Cənubi Koreyada layiqli təmsil edəcəklərini və müvəffəqiyyətlə ali təhsil almağa çalışacaqlarını bildirib.
Sonda universitetin rektoru, akademik İsa Həbibbəyli Kimçonq universitetinin elmi əsərlər jurnalında Azərbaycan-Cənubi Koreya əlaqələri haqqında dərc olunmuş məqaləsini universitetdə fəaliyyət göstərən Cənubi Koreya Mərkəzinə təqdim edib.

Mina QASIMOVA







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info