Dəniz Akademiyasına beynəlxalq sertifikat veriləcək
Tarix: 01.02.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Dəniz Akademiyasına beynəlxalq sertifikat veriləcək. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib ki, gəmiçiliyin sıx əməkdaşlıq şəraitində işlədiyi beynəlxalq qurumlardan biri Amerika Gəmiçilik Bürosudur. Bu nüfuzlu təsnifat cəmiyyəti yanvarın 26-dan fevralın 2-dək Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzində sertifikatlaşdırma üzrə beynəlxalq audit aparır. Auditin məqsədi mərkəzdə tədris olunan 34 təlim kursunun Amerika Gəmiçilik Bürosunun "Tədris müəssisələrinin və təlim kurslarının sertifikatlaşdırılması üzrə standartları"na uyğunluğunu yoxlamaqdır. Audit müddətində artıq 10 təlim kursunun uyğunluğu təsdiqlənib. İl ərzində digər kursların da auditdən keçəcəyi nəzərdə tutulub.
Auditin nəticələrinə əsasən, Amerika Gəmiçilik Bürosu Azərbaycan Dövlət Dəniz Akademiyasına və Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzinə Uyğunluq Sertifikatı təqdim edəcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info