Azərbaycanın ilk peşəkar avtomobil dizayneri ilə gənclərin görüşü keçirilib
Tarix: 01.02.2016 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


"Odlar Yurdu" GİB-in təşkilaçılığı ilə Gəncə şəhərində ilk dəfə Gəncənin fəxri olan gənclərdən biri Samir Sadıxovla "Odlar Yurdu" GİB-in ofisində gənclərin görüşü keçirilib.
Samir Sadıxov gənclərə "uğur hekayəsi"ni danışıb. Çoxsaylı gənclərin suallarını cavablandıran S.Sadıxovun fikirləri gənclərin böyük marağına səbəb olub. 
Məlumat üçün bildirək ki, "Odlar Yurdu" GİB davamlı olaraq gənclərin yazarlar, məhşur simalar, uğurlu gənclərlə görüşünü təşkil etməklə onların maariflənməsi, motivasiya olunmasl, gələcək fəaliyyətlərinin istiqamətlənməsinə xidmət edir.
Gənclərin sevimli simasına çevrilən Samir Sadıxov İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. Məhşur və dəbdəbəli Lamborghini avtomobil şirkətində dizayner kimi çalışıb. “DACAR” adlı təkər dizaynı ilə Hankook şirkətinin dünya üzrə keçirdiyi “Hankook Tyre Design Challenge 2014”-ün qalibi seçilib. Dünyanın 30 dizayn universitetindən 500-dən çox tələbənin qatıldığı “Ferrari World Design Contest” müsabiqəsinin bir neçə turunu keçərək iştirakçılar arasından 2-ci yerə layiq görülüb. Samir Ferrari şirkəti üçün “Xəzri” modelinin dizaynını hazırlayıb. Onun əməkdaşlıq etdiyi Revzani Motors şirkəti üçün dizayn etdiyi BEAST super avtomobili artıq təqdim edilib.
Onun ən böyük arzusu, Azərbaycanda bu sahənin inkişafı, daha çox insanın avtomobil dizayneri olması və gələcəkdə yerli avtomobil istehsalı şirkətlərində çalışmasıdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info