“Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır”
Tarix: 01.02.2016 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gənclər Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:
"Sizi 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə təbrik edir və hər birinizə ən səmimi arzularımı bildirirəm. Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundan 20 il keçir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin forumdakı tarixi nitqi ilə dövlətimizin yeni gənclər siyasətinin əsası qoyulmuş və bu istiqamətdə fəaliyyətin məzmun, forma və metodları müəyyənləşdirilib. Ötən 20 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilmiş, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəallıq göstərib. 1997-ci ildə Ulu Öndərimizin "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olub."
Nazir qeyd edib ki, bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir: "Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar. Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.
Əziz gənclərimiz! Siz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunmusunuz. Əsgəri xidmət üçün hər cür şərait yaradılıb. Sizə ən müasir silahlar, döyüş texnikası, təyyarələr, helikopterlər, gəmilər və s. etibar edilib. Siz öz peşəkarlığınızı artırır, silah və texnikadan istifadə etməyin sirlərini dərindən öyrənir, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda formalaşır və ordudan sonra cəmiyyətə əsl vətənpərvərlər kimi inteqrasiya olunursunuz. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sizin xidmətlərinizi yüksək qiymətləndirərək demişdir: "Orduda xidmət edən gənclər bizim dəyərli vətəndaşlarımızdır. Onlar Vətəni qoruyurlar, düşmənlə üzbəüz mövqedə dayanırlar. Azərbaycanın müstəqilliyini qoruyur və möhkəmləndirirlər". Xalqımız sizə inanır, siz isə bu inamı, bu etimadı layiqli xidmətinizlə doğruldursunuz.
İnanıram ki, siz Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ünvanlanan bu kəlamlarını heç vaxt unutmayacaqsınız: "Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tutmağa imkan verəcəkdir. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi, doğma Azərbaycanımızın ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda mübarizədə qələbələr qazanmağı və gənclik həvəsi ilə bundan sonra da Vətənə ləyaqətlə xidmət etməyi arzulayıram".
Tural




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan 237 tələbənin təhsil xərclərini ödəyəcək
13.12.2018
“Görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcək”
13.12.2018
145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib
13.12.2018
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin islahatları təqdirəlayiqdir”
13.12.2018
3038 vərəsəyə birdəfəlik ödəniş həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info