Əlillik müayinəsinin nəticəsi barədə məlumatı telefonla əldə etmək mümkündür
Tarix: 01.02.2016 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən istifadə etmək imkanları genişləndirilib. Belə ki, nazirlik tərəfindən bu istiqamətdə növbəti tədbir kimi, əlillik müayinəsinin nəticəsi barədə məlumatın sadəcə telefon vasitəsilə daha sadə və asan şəkildə əldə oluna bilməsinə də imkan yaradılıb. Artıq vətəndaşlar onların əlilliyinin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinənin nəticəsi barədə nazirliyin 142-“Çağrı mərkəzi” vasitəsilə də məlumat əldə edə bilərlər. Bunun üçün texniki prosedur vətəndaşların asan və rahat istifadə edə bilmələri üçün sadə şəkildə qurulub. Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış istənilən vətəndaş “Çağrı mərkəzi”nə zəng edərək 0 düyməsini yığmalıdır. Bundan sonra şəxs özünün şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil edir.
Daxil edilən rəqəmlər səsləndirilərək düzgünlüyü təsdiqləndikdən sonra əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müəyyən olunması ilə bağlı aparılmış müayinənin nəticəsi (hansı tarixdə və neçənci dərəcə əlillik qrupunun təyin olunması, əlilliyin nə qədər müddətə müəyyən edilməsi) barədə məlumat vətəndaşın diqqətinə çatdırılır. Əgər şəxsə əlilllik təyin olunmayıbsa, informasiya sistemində onunla bağlı məlumat olmadığı bildirilir.
“Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidməti aparılmış əlillik müayinəsinin nəticəsi barədə məlumat əldə etməyə, habelə hər hansı quruma təqdim etmək üçün əlilliyə dair elektron arayışlar formalaşdırmağa yönəlib. Həmin e-xidmətdən vətəndaşların heç bir autenfikasiya vasitəsinə ehtiyac olmadan da istifadə proseduru sadələşdirilərək, elektron yolla da müvafiq məlumatın əldə olunmasına şərait yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmət sisteminin təkmilləşdirilməsi yönündə tədbirlər bundan sonra da davam etdiriləcək.


İlkin




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info