AVCİYA Azərbaycanı həmsədrlərin xidmətindən imtina etməyə çağırıb
Tarix: 01.02.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ərəfəsində və gedişatı zamanı baş verən hadisələrlə bağlı tədbir keçirib. 
Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti  Əli Vəlibəyov bildirib ki, AVCİYA “Sərsəng harayı” layihəsinə 2013-cü ildə başlayıb. Burada məqsəd dünya ictimaiyyətini erməni terrorçularının Azərbaycanın sərhədyanı ərazilərini qəsdən sudan məhrum etməsi barədə məlumatlandırmaq idi. Bu fikirləri AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov deyib. O bildirib ki, layihə öz məqsədinə çatıb. Sərsəng harayını dünya ictimaiyyətinə çatdırıb.
Daha sonra çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qeyd edib ki, Azərbaycandakı səfirliklərə, beynəlxalq təşkilatlara Sərsəngə köməklə bağlı qrant layihələri təklif edib, lakin heç birindən cavab almayıb: “Bu məsələni Avronet PA-da da qaldırdım. Lakin anti-Azərbaycan qüvvələr şantaj və provokasiylar edib qarşımıza sədd  qoydular”. 
E. Süleymanov qeyd edib ki, Azərbaycan cəmiyyətinin bu informasiyalara ehtiyacı var: “AŞPA-da bu məsələnin qaldırılması çox əlverişli məqama düşdü. Ukraynadakı hadisələrə görə Rusiyaya sanksiya tətbiq edilmişdi. Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistana sanksiya tətbiq edilməsini istəyən qətnamə layihəsi təqdim etdim. AŞPA-nın baş katibi Voytsex Savitski Azərbaycanın ən qatı  düşmənidir. O mənə 6 saat vaxt verdi ki, başqa qətnamə hazırlayım”.
E. Süleymanov bildirib ki, 48 avropalı deputatın imzası ilə yeni qətnamə layihəsi hazırlanıb: “Lakin Savitski bunu da qəbul etmək istəmədi. AŞPA-nın indiki prezidenti, məruzəçi Pedro Aqramuntla birgə müzakirəyə getdik: “Savitski məni təzyiqlərlə inandırmağa çalışdı ki, qətnamənin adında Dağlıq Qarabağ münaqişəsi olsun. Problemin ən incə həssas, Azərbaycanın əleyhinə işləyən məqamı Dağlıq Qarabağ münaqişəsi ifadəsidir. Mən buna qəti etirazımı bildirdim. Bu məsələ büroya çıxdı. Pedro Aqramuntun təklifi ilə qətnamə “Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində zorakılığın artması” adlandırıldı. Bu adla avropalı deputatları inandıra bildik ki, gərginlik və zorakılıq artıb. Bu inam onları məcbur etdi ki, başlıq belə adlandırılsın. Həmin gündən məruzəyə hücumlar başladı. Antiazərbaycan qüvvələrin diqqəti bu məruzəyə yönəldi”.
Məruzənin bu il AŞPA-da səsə qoyulmasından danışan E. Süleymanov bildirib ki, heç bir məsələdə razılığa gəlməyən Vaşinqtonla Moskvanın fikirləri üst-üstə düşdü: “Minsk qrupu bu məsələ ilə bağlı AŞPA-ya rəsmi xəbərdarlıq etdi. Halbuki, bu hüquqa ziddir. Ona görə ki, Minsk qrupu 3 məmurdan ibarətdir, AŞPA isə müstəqil parlamentarilərdən ibarətdir”. O əlavə edib ki, sözügedən məruzənin qəbul edilməməsində ermənilər böyük rol oynadı.
Deputat qeyd edib ki, Minsk qrupu öz siyasi hakimiyyətinin göstərişi ilə bu haqsızlığı etdi. Həmçinin Avropa Xalq Partiyası insanlığa qarşı çıxdı.
Sonda AVCİYA bəyanat yayaraq, Azərbaycan hakimiyyətini Ermənistanı dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin xidmətindən imtina etməyə çağırıb. 
Həmçinin AVCİYA Azərbaycanı AŞPA-da “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi qətnaməsinin müddəaları yerinə yetirilməyənə qədər bu qurumda fəaliyyətini dondurmağa səsləyib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info