Suraxanıda gənclərlə görüş keçirilib
Tarix: 01.02.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


2 Fevral Gənclər Günü ilə əlaqədar Suraxanı rayonunda gənclərlə görüş keçirilib. Görüşdə 200-dən çox gənc iştirak edib.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri Gənclər Günü münasibəti ilə təbrik edərək qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində ümummilli lideri Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılıb. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün müstəqil Azərbaycanı gücləndirir. Gənclərimizin sorağı beynəlxalq konfranslarda, dövlət və hökumət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir:
“Prezident İlham Əliyev yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibəti ilə ölkə gənclərinin bir qrupu ilə görüşüb. Dövlətimizin başçısı öz çıxışında qeyd edib ki, gənclərimiz cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar”.
İlqar Abbasov xüsusi vurğulayıb, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.
Bakıda dünya və Avropa birinciliklərinin keçirilməsi, 2015-ci ildə Azərbaycanın 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlardan qazanılan çoxsaylı mükafatlar isə gəncliyə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir.
Genişmiqyaslı quruculuq işləri aparılan şəhər və kəndlərimiz gündən-günə abadlaşır, çoxsaylı müasir istehsal sahələri yaradılır, təhsil, səhiyyə obyektləri, idman kompleksləri tikilir, daimi yeni iş yerləri yaradılır.
Gələcək nəsillərimiz də vətənpərvər və Vətənə bağlı olmalıdırlar ki, ölkəmiz daha da qüdrətli dövlətə çevrilsin.
Rayon rəhbəri çıxışını Heydər Əliyevin sözləri ilə yekunlaşdırıb: “Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.”
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd ediblər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin, YAP Suraxanı rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələri təqdim olunub.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info