“Mətbuat üzərindəki ƏDV-nin ləğvini gündəmə gətirsək yaxşı olar”
Tarix: 01.02.2016 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Azərbaycanda hüquq və azadlıqların müdafiəsinin səmərəliliyinin artırılması sahəsində birgə fəaliyyət proqramı qəbul olunub.
Həmin proqramda diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi məsələsi yer alır. Düşünürəm ki, biz də Milli Məclisdə buna önəm verməliyik”. 
Bu sözləri millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 
Onun sözlərinə görə, proqramda nəzərdə tutulur ki, jurnalist yazdığı yazıya görə azadlıqdan məhrum edilməməlidir: “Mediada çox təhqir və böhtan yazılar gedir. Əlbəttə, narahatlıq başadüşüləndir. Ancaq o demək deyil ki, “Diffamasiya haqqında” qanun qəbul olunarkən onlar məsuliyyətdən azad olunmalıdır. Bütün bunları nəzərə alaraq, Mətbuat Şurası “Diffamasiya haqqında” qanunla bağlı təkliflər hazırlayıb. Təkliflər Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə təqdim olunub”. 
Ə. Amaşov həmçinin əlavə edib ki, devalvasiya KİV arasında ciddi problemlər yaradıb: “Ölkəyə gətirilən qəzet kağızının qiyməti təqribən 100 faizdən çox artıb. Üstəlik gətirilən qəzet kağızları və hazır çap məhsullarına ƏDV yanvarın 1-dən bərpa olunub. Problemi aradan qaldırmaq üçün ƏDV-nin ləğvini gündəmə gətirsək yaxşı olar”.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info