Bərdəli iş adamı: İstehsal fəaliyyətini artırmaq üçün geniş imkanlarımız var
Tarix: 01.02.2016 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


Ölkəmizdə özəl sektora yüksək dövlət dəstəyi göstərilir. Sahibkarlıq sahəsində inzibati prosedurlar sadələşdirilib, iş adamları vergidən azad olunub, əsassız yoxlamalar aradan qaldırılıb. Dövlətimizin başçısının sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə verdiyi tapşırıqlar biz sahibkarlarda əlavə stimul yaradır, fəaliyyətimizi daha da genişləndirməyə həvəsləndirir.
Bu fikirləri Qarabağ Aqrar Sənaye Kompleksinin baş direktoru Vahid Rzayev deyib. O bildirib ki, kompleksin yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə edilib. Qarabağ Aqrar Sənaye Kompleksinin tərkibində 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton qüvvəli yem istehsal edən zavod var. Bu layihənin icrası nəticəsində kompleksdə 300 nəfər daimi iş yeri ilə təmin olunub.
Fermerlər tərəfindən istehsal olunan tərəvəz məhsulları logistik mərkəzdə yüksək keyfiyyətlə saxlanılır və ilboyu əhalinin tələbatının ödənilməsinə yönəldilir. Ət kəsimi və emalı fabrikində heyvanlar sanitar-gigiyenik normalara əməl edilməklə kəsilir, doğranır və qablaşdırılaraq istehlakçılara təqdim olunur. Heyvandarlıq kompleksində dünyanın aparıcı şirkətlərinin müasir havalandırma, suvarma, qidalandırma, sağım sistemləri və digər avadanlıqları quraşdırılıb. Burada Avropadan gətirilmiş xüsusi cinslərdən olan 5 min başa yaxın ətlik-südlük inək bəslənilir. Onlardan 2200-ü sağılan inəkdir. Gün ərzində 40 ton süd sağılaraq süd emalı müəssisələrinə təhvil verilir. Qüvvəli yem istehsalı müəssisəsində istehsal və emal prosesi tam avtomatlaşdırılıb. Müəssisədə 12 çeşiddə 5, 10, 50 kiloqramlıq kisələrdə qablaşdırılmış yem istehsal olunur.
Vahid Rzayev qeyd edib ki, istehsal fəaliyyətini artırmaq üçün geniş imkanlar var: “5 hektar sahədə istixana yaradaraq, xiyar və pomidor istehsalı ilə məşğul olmaq niyyətindəyik. Bundan başqa, daha böyük sahədə meyvə bağları salmağı, tərəvəz, taxıl və yem bitkiləri əkməyi hədəfləyirik. Bunun üçün Dövlət Ehtiyat Fondu torpaqlarından əlavə torpaq sahəsinin ayrılmasına ehtiyac var. Bu layihələrin gerçəkləşməsi ilə kompleksdəki heyvanın sayını 10 minə çatdırmaq mümkündür. Beləliklə, heyvandarlıq kompleksinin yem ilə təminatının yaxşılaşdırılmasına, əhalinin keyfiyyətli məhsullarla təminatına, ərzaq bolluğunun yaranmasına, ixracyönümlü məhsulların istehsalına və yeni iş yerlərinin açılmasına töhfə verə bilərik”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info