Məscidlərdə kitabxanalar yaradılır
Tarix: 01.02.2016 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Bakıdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər gedir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Komitə sədrinin müavini deyib ki, bu layihə təkcə Bakıda deyil, ölkənin bütün məscidlərində həyata keçirilir. Ən yaxşı kitabxananın İsmayıllı şəhər Cümə məscidində yaradıldığını vurğulayan G.İsmayılov qeyd edib ki, bu işlər mütəmadi həyata keçirilir: “Əslində bu, Prezident yanında Bilik Fondunun layihəsidir. Hazırda bir neçə bölgədəki məscidlərdə bu cür layihələr mövcuddur. Belə kitabxanalar artıq Bakıdakı məscidlərdə də yaradılır. Məsələn, Əjdərbəy məscidində, İçərişəhər “Cümə məscidi”ndə və Qaradağ rayonundakı “Müşfiq” məscidində yeni kitabxanalar qurulur.
Sədr müavini layihənin məqsədini də açıqlayıb: “Məscidlərdə kitablar həmişə olub. Amma yeni yaradılan kitabxanalar vasitəsilə biz məscidlərə gələn insanların dini kitablarla yanaşı, həm də dünyəvi ədəbiyyatları əldə edərək oxumasına çalışırıq. Bununla da insanların öz savadlarını, biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info