“Hər bir inkişafın arxasında ictimai-siyasi sabitlik dayanır”
Tarix: 02.02.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Bu gün dünyanın əksər bölgələrində, xüsusən Yaxın Şərqdə ictimai-siyasi proseslərin gərginləşdiyinin şahidi oluruq. Belə bir vəziyyətdə Azərbaycan ictimai-siyasi sabitliyin qorunması baxımından dünya üçün bir nümunəyə çevrilib. “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev çıxışında Azərbaycanda ictimai-siyasi sabitliyin qorunduğunu dedi: “Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Azərbaycan xalqı sosial rifah və təhlükəsizlik şəraitində yaşamalıdır. Görülən bütün işlərin məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq. Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir və bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir”.
İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının vitse-prezidenti, politoloq Mahir Qurbanov bizimlə söhbətində dedi ki, ictimai -siyasi sabitlik dövlətin sabahkı uğurudur: “Bu gün Azərbaycan Respublikası böyük addımlarla irəliyə gedir, çoxlu naliyyətlərə imza atır, dünyada tanınır, beynəlxalq forumlarda təmsil olunur, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar məhz Azərbaycan dövlətinin uğurudur. Demokratiya, ictimai-siyasi sabitlik, sosial rifah və dövlət təhlükəsizliyi vacib istiqamətlərdir. Məhz ona görə də, bu məsələlərə dövlət səviyyəsində çox böyük diqqət göstərilir. Prezident İlham Əliyev Azərbaycanda demokratik, hüquqi və eyni zamanda dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edir. Bu fəallıq Azərbaycan gəncliyinə böyük inam verir və bu inam da Azərbaycan gəncliyinin gələcəyidir. Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycanda ictimai-siyasi sabitlik qorunur, Azərbaycan xalqı sosial rifah və təhlükəsizlik şəraitində yaşamalıdır və Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür”.
Mahir Qurbanov bildirdi ki, hər bir inkişafın arxasında ictimai-siyasi sabitlik dayanır: “Bundan irəli gələn işlərdən çox gözəl görünür ki, dünya ölkələri məhz bu mexanizm əsasında inkişaf edirlər. Ölkəmizin nəinki Avropada, o cümlədən Asiyada, Amerikada da çox böyük nüfuzu var. Ona görə də dövlət tərəfindən görülən bütün işlərin məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradılsın. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkəmizdə dünyəvi və mütərəqqi dəyərləri təcəssüm etdirən tolerantlıq mühitinin möhkəmləndirilməsi Azərbaycan dövləti tərəfindən prioritet kimi müəyyən etdiyi sahələrindən hesab olunur. Dövlət başçısı tərəfindən bu il “Multikulturalizm ili” elan olunub. Biz dünyəvi, tolerant ölkəyik və dünya ölkələri də bilir ki, Azərbaycan dünyəvi, tolerant ölkədir. Hesab edirəm ki, Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir və bununla yanaşı, bir çox yerlərdə Azərbaycan təcrübəsi öyrənilir”.
Politoloqun fikrincə, ictimai-siyasi sabitlik eyni zamanda regional siyasətin sabitliyinə dəstək verir: “Məsələn, biz nə qədər inkişaf etsək, qonşu ölkələr də bizimlə o qədər sabit siyasət aparacaq və dostluq edəcəklər. Ona görə də dünyəvi ölkə olmaq və bu formalaşmış model bizə hərtərəfli siyasət aparmağa imkan yaradır”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info