Vüqar Həşimov beynəlxalq mükafatının ilk sahibləri müəyyənləşib
Tarix: 02.02.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib. Mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirinin bağlanış mərasimində təqdim olunub.
Mükafatın qaliblərini mərhum şahmatçının ailəsi adından qardaşı Sərxan Həşimovdan, Veyk-an-Zee turnirinin direktoru Yerun van den Beradan və yarışın baş hakimi Pavel Votrubadan ibarət münsiflər heyəti seçib. Qalib “Fair-play” qaydalarına uyğun olaraq müəyyənləşib. Mükafatın qalibi müəyyən edilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınıb. Mükafata David Navara (“A” turniri) və Yorden fan Foreist (“B” turniri) sahib olublar. Mükafatı təqdim edən Sərxan Həşimov turnirin təşkilatçılarına təşəkkürünü bildirib və yeni ənənənin başlandığını vurğulayıb. David Navara mükafata görə minnətdarlığını ifadə edərkən deyib: “Sonsuz qürur hissi keçirirəm və hər kəsə təşəkkürümü bildirirəm. Vüqar çox dəyərli bir insan və dost olub. Mərhum şahmatçının xatirəsinə Şəmkirdə təşkil edilən turnirin ənənəvi olmasını arzulayıram”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info