Ermənistanın borcu 5 milyard dolları ötüb
Tarix: 02.02.2016 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Ermənistanın hazırkı iqtisadi vəziyyəti 2008-ci il dünya böhranı ilə müqayisədə daha pis vəziyyətdədir. Ölkəyə xaricdən göndərilən pul köçürmələri ötən il 2007-ci ildə olduğu kimi, ən aşağı göstərici kimi dəyərləndirilir.
Məsələ bundadır ki, 2007-ci ildə Ermənistana qeyri-ticarət köçürmələri 1 milyard 58 milyon 310 min dollar təşkil etmişdi. Lakin 2015-ci ildə bu göstərici 891 mln. 390 min dollar təşkil edib. Bu gün, belə demək olarsa, Ermənistanın iqtisadi vəziyyəti 2008-ci ildə ölkədə yaşanan iqtisadi böhrandan da pisdir. “Joxovurd” nəşrinin iddiasına görə, əgər, 2008-ci ildə dünyada yaşanan qlobal iqtisadi böhrandan sonra Ermənistanda vəziyyətin yaxşılaşacağına ümid edənlər vardısa, indi artıq yaxın gələcəkdə mövcud vəziyyətin stabilləşəcəyinə ümidlər xeyli azalıb. Qeyd edək ki, ölkədə yaşanan problemlərdən biri də Ermənistanın xarici borcu ilə əlaqədardır. Rəsmi məlumata görə, bu ölkənin xarici borcu artıq 5 milyardı, dəqiq desək 5 milyard 71 milyon dolları ötüb. Xatırladaq ki, ölkə rəsmiləri bunun üçün narahatlığa əsas olmadığını bildirsələr də, bu göstərici ölkənin büdcəsindən xeyli çoxdur. Ölkədə dərc edilən “Aykakan jamanak” nəşri Ermənistanın indiyə qədər bu məbləğdə borcu olmadığını xüsusi olaraq nəzərə çatdırıb. Nəşrin məlumatına görə, bu borcun 4,3 milyard dollarını xarici, 461 milyon dollarını isə daxili borc təşkil edir. Nəşrə görə, ümumi daxili məhsulun neçə faizinin dövlət borcuna ayrıldığı barədə hələlik dövlət tərəfindən heç bir məlumat verilməyib. Xatırladaq ki, ötən il Ermənistan Nazirlər Kabinetinin təşəbbüsü ilə dövlətin borc almaq qabiliyyətini genişləndirmək məqsədilə “Dövlət borcu” barədə qanun qəbul edib. Qeyd edək ki, əvvəllər dövlət borcunun ÜDM-in 60% -dən çox olmaması tövsiyə edilsə də, qəbul edilən qanundan sonra bu məhdudiyyət yalnız dövlət borcu üzərindən ləğv edilib. Ermənistanın xarici borcu ötən ilin dekabr ayında 254 milyon, bu ilin yanvarında isə 500 milyon dollar artıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info