“Qazprom”la danışıqlar siyasi məsələ deyil”
Tarix: 02.02.2016 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Gürcüstan İnformasiya Azadlığı İnstitutunun (IDFI) təşkilatçılığı ilə Tiflisdə “Gürcüstanın demokratik və iqtisadi inkişaf perspektivləri” adlı beynəlxalq forum keçirilib. Baş nazir Giorgi Kvirikaşvili hökumətin iqtisadi siyasətinin prioritetləri barədə məlumat verib. Baş nazir çıxışında hökumətin açıq və şəffaf fəaliyyət göstərdiyini qeyd edib. O, son üç ildə Gürcüstanın qanunun aliliyi, insan hüquqları və idarəçilik sisteminin möhkəmləndirilməsi baxımından davamlı irəliləyiş əldə etdiyini
bildirib.

Forumda Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin rəhbəri Yanoş Herman, Almaniyanın Gürcüstandakı səfiri Bettina Kadenbax, İnformasiya Azadlığı İnstitutunun (IDFI) direktoru Giorgi Kldiaşvili və başqaları çıxış ediblər. "Gürcüstan Avropa və avroatlantik məkana cəhd edir" adlı paneldə Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə fikirlər səsləndirilib. Panel çərçivəsində çıxış edən Gürcüstanın xarici işlər nazir Mixail Canelidze ölkə hökumətinin “Qazprom”la əməkdaşlığı barədə açıqlama verib. O, Azərbaycanın Gürcüstanın strateji tərəfdaşı olduğunu bildirib: “Azərbaycan bizim strateji tərəfdaşımız və Gürcüstana təbii qazverən başlıca təchizatçımızdır. Biz Azərbaycandan böyük həcmdə qaz alırıq, lakin texniki cəhətdən Azərbaycan Gürcüstanı lazım olan qədər qazla təmin edə bilmir. Məhz bu səbəbdən biz “Qazprom”la danışıqlar aparırıq. Bu danışıqlar siyasi məsələ deyil”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Rusiya hərbi bazasının bütün xərcləri Ermənistan dövlətinin büdcəsindən ayrılır”
16.01.2019
Lavrov: Rusiya növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırlayır
16.01.2019
Ermənistanda sığorta agentləri və vergi ödəyiciləri etiraz edirlər
16.01.2019
Erməni deputat: Paşinyan Qarabağla bağlı danışıqları qondarma rejimin deyil, yalnız Ermənistanın mövqeyindən aparacaq
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info