“Etimadı doğruldacağıq”
Tarix: 02.02.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin yanvarın 29-da Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü gənclər siyasəti və gənclərin cəmiyyətdəki rolunun artırılması baxımından çox vacib idi. Bu görüş biz gənclərə yeni hədəflərin müəyyən edilməsi, fəaliyyət istiqamətlərinin seçilməsi, məqsədlərin aydınlaşdırılması baxımından yararlı olacaq. Prezident İlham Əliyev hər dəfə gənclərə necə xüsusi qayğı ilə yanaşırsa, gənclər də bundan sonra dövlət başçısının ətrafında sıx birləşməklə ölkəmizin və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər”.
Bunu Trend-ə Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşündə iştirak edən və dövlət başçısı tərəfindən “Gənclər üçün Prezident Mükafatı” ilə təltif edilən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov görüş və aldığı mükafat barədə fikirlərini bölüşərkən söyləyib: “Prezident İlham Əliyevin bir qrup fəal gənclə görüşməsi müstəsna əhəmiyyətə malikdir. 2 Fevral - Gənclər Günü ərəfəsində belə bir görüşün baş tutması ölkə başçısının gənclərə ən yüksək səviyyədə diqqətinin bariz nümunəsidir. Keçirilən görüşdə iştirak edən bir gənc kimi onu deyə bilərəm ki, Prezident İlham Əliyev hər dəfə olduğu kimi gənclərlə çox səmimi söhbət apardı. Dövlət başçısı öncə Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər saldı və bu müstəqilliyin hansı əziyyətlər bahasına başa gəldiyini gənclərin diqqətinə çatdırdı. Ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əldə edilməsindəki rolunu xatırladan Prezident İlham Əliyev gənclərimizin milli dəyərlərə bağlı yetişməsinin və dövlətçiliyimizin qorunmasında çox vacib rol oynamasının əhəmiyyətini qeyd etdi. Ümumiyyətlə, dövlət başçısı öz çıxışında iqtisadiyyatın şaxələnməsi, yeni texnologiyaların istifadəsi, xarici siyasət və müxtəlif istiqamətlərdə öz fikirlərini bildirdi. Gənclərin hər bir sahədə aktiv rol oynamasının vacibliyini qeyd edən Prezident İlham Əliyev gənc alimlərin yetişməsi, müxtəlif müəssisələrdə azərbaycanlı gənc menecerlərin olması, gənc sahibkarlara kömək, beynəlxalq təşkilatların işində azərbaycanlı gənclərin iştirakı və digər bu kimi məsələlər barədə öz fikirlərini bildirdi".
E.Aslanov qeyd edib ki, aldığı mükafat Prezident İlham Əliyevin gənclərə böyük etimadının göstəricisidir: "Mən və rəhbərlik etdiyim təşkilat bundan sonra da bu etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çalışacağıq ki, Prezident İlham Əliyevin göstərdiyi yolda, onun dəstəyi və diqqəti sayəsində inamla irəliləyək. Dövlət başçısına biz gənclərə böyük diqqət və qayğısı üçün bir daha təşəkkür edirik. Azərbaycan Tələbələr Birliyinin sədri kimi bəyan edirəm ki, bundan sonra da ölkəmizin inkişafında bütün bilik və bacarığımı sərf edəcəyəm”.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info