Şəhriyar Məmmədyarov reytinq siyahısında gerilədi
Tarix: 02.02.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilin ilk reytinq cədvəlini açıqlayıb. Yanvar üçün müəyyənləşən 100 ən yaxşı arasında yenə 4 Azərbaycan qrossmeysteri yer alıb. Həmyerlilərimizdən ən yaxşı nəticə Şəhriyar Məmmədyarova məxsusdu. Ötən ay iki pillə irəliləyən qrossmeysterimiz bu dəfə geriləyib. 2 rəqibini özündən irəli buraxan Məmmədyarov yenidən 18-ci yerdədi - 2747 xal var.
Teymur Rəcəbovun (2726) mövqeyi dəyişməz qalıb. İlə 28-ci yerdə başlayan təmsilçimiz 2726 xala malikdir. Komanda yoldaşları ilə müqayisədə yalnız Arkadi Naydiç irəliləməyə davam edir. Avqustdan millimizə cəlb olunan Latviya əsilli şahmatçı 2702 xalla 44-cü (+1) yerə yüksəlib. Yığmamızın digər üzvü - Eltac Səfərli (2653) isə yenə 2653 xalla “100-lüy”ü qapayır. Reytinq siyahısının ilk “üçlüy”ündə də dəyişiklik baş verib. Siyahıya yenə Maqnus Karlsen (2844) başçılıq etdiyi halda, Vladimir Kramnik (Rusiya, 2801) ikinci, Aniş Giri (Hollandiya, 2798) üçüncü yerə yüksəlib. Qeyd edək ki, qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Türkiyə Superliqası: “Qalatasaray” səfərdə məğlub oldu
24.05.2019
“Mançester Yunayted“ də Qrizmannı istəyir
24.05.2019
“Bu məğlubiyyət mənim üçün ağır zərbə idi“
24.05.2019
Qadın güləşçimiz İtaliyada gümüş medal qazanıb
24.05.2019
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info