Cənub Qaz Dəhlizi ABŞ-da keçirilən müzakirələrin diqqət mərkəzində olub
Tarix: 02.02.2016 | Saat: 14:52:00 | E-mail | Çapa göndər


Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şuranın fevralın 1-də təşkil etdiyi tədbirdə “Qara dəniz regionu və ətraf bölgələr üzrə Qərbin enerji strategiyasının hazırlanması” başlıqlı tədbirdə Avropanın enerji təhlükəsizliyindən bəhs edilmiş və bu mənada xüsusilə Cənub Qaz Dəhlizi müzakirələrin diqqət mərkəzidə olub.
Tədbir zamanı Cənub Qaz Dəhlizinin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanıb və həmin təşəbbüsün həyata keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi iştirakçı ölkə və şirkətlərin nümayiş etdirdikləri qətiyyətli iradə qeyd edilib.
Atlantik Şuranın Dinu Patrisiu adına Avrasiya Mərkəzinin direktoru səfir Con Herbstin açılış nitqinin ardınca tədbirdə məruzə ilə çıxış edib natiqlər arasında Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri Elin Süleymanov da olub.
Azərbaycan diplomatı ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında söz açıb və bu zaman Cənubi Qaz Dəhlizinin daşıdığı regional əhəmiyyətin üzəridə ayrıca dayanıb. O, unikal xarakterə malik bu layihənin ərsəyə gəlməsi üçün 7 ölkə və 11 şirkətin öz səylərini birləşdirdiklərini xatırladıb və onlar arasında mövcud olan möhkəm tərəfdaşlıq sayəsində bu günədək planlaşdırılan işlərin bir çox hallarda hətta qrafikdən öncə irəlilədiyini bəyan edib.
Səfir Cənub Qaz Dəhlizinin hər hansı ölkə, şirkət və ya digər bir layihəyə qarşı yönəlmədiyini və yalnız mövcud qaydalara uyğun şəkildə, Azərbaycan qazını Avropa enerji bazarına çatdırmaq və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək missiyasına xidmət etdiyini bəyan edib.
Azərbaycan rəsmisi eləcə də Cənub Qaz Dəhlizinin keçdiyi ölkələr arasında daha möhkəm bağların yaranması və daha geniş əməkdaşlığı stimul etdiyini qeyd edib. Bu mənada, Avropa və Asiya arasında nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün inşa edilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə istinad olunub. Səfir həmçinin bir neçə gün öncə Ukraynadan yola salınan qatarın Azərbaycandan keçməklə, Çinə üz tutması faktını açıqlayıb və enerji ilə yanaşı Azərbaycanın beynəlxalq tranzit potensialını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin başlığı ilə eyni adlı hesabatın müəllifi olan, Atlantik Şuranın qeyri-rezident tədqiqatçısı Aryel Koen də öz məruzəsində Cənub Qaz Dəhlizini yaxın gələcəkdə Avropalı istehlakçılara yeni mənbədən qaz çatdıracaq yeganə layihə kimi xarakterizə edib. O, adları çəkilən bir çox layihələrdən fərqli olaraq, Cənub Qaz Dəhlizinin konkret olaraq inşa edilməkdə olduğunu vurğulayıb. Natiqlər arasında olan Türkiyənin ABŞ-dakı səfirinin müavini Tuqay Tunçer də Cənub Qaz Dəhlizi ilə bağlı oxşar fikirləri bölüşərək, onun digər layihələrlə müqayisə edilməyəcək bir mərhələyə yetişdiyini göstərib.
Digər bir çıxışçı, “Frontera Resources” korporasiyasının təsisçisi Stiv Nikandros Azərbaycanın iştirakı ilə qurulmuş enerji infrastrukturunun regiona yeni sərmayəçilər cəlb etmək və nəticə etibarilə, regionu transformasiya etmək iqtidarında olduğunu söyləmişdir.
Bundan əlavə, tədbirin sual-cavab bölümündə enerji daşıyıcılarının hazırkı qiymətlərinin Cənub Qaz Dəhlizinin inşasına mümkün təsirinə dair sorğunu cavablandırıb Elin Süleymanov bu qiymətlərdə dəyişikliyin periodik xarakter daşıdığını xatırladıb, bu dəyişikliyin Cənub Qaz Dəhlizinin inşasının yekunlaşması üçün heç bir şəkildə maneə yaratmadığını bildirib və bu inamın ölkəmizin davamlı olaraq nümayiş etdirdiyi etibarlılıqdan irəli gəldiyini qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info