CESD Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçilib
Tarix: 02.02.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub. Bu barədə təşkilatın rəhbəri Vüqar Bayramov məlumat verib: “ABŞ-ın Pensilvaniya Universiteti hazırladığı dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında təqdim edilib. Hesabatın təqdimatı eyni zamanda dünyanın 100-dən artıq ölkəsində də təşkil edilib. Sözügedən sənədin eyni zamanda beynəlxalq maliyyə qurumlarında o cümlədən Dünya Bankında da təqdimatı həyata keçirilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilib və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilib. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub. Qeyd edim ki, CESD hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib.
Artıq CESD 7 ildir ki, Cənubi Qafqaz və Orta Asiyan regionunda ən güclü beyin mərkəzi statusunu qoruyub saxlayıb. Hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də mərkəzimizin regional elmi və praktik tədqiqatlara töhvəsinin səviyyəsini göstərir. CESD regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.
Təbii ki, regionda birinci olmaq CESD üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı ciddi məsuliyyət də formalaşdırır. Bu ildə biz region ilə yanaşı qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacağıq.
Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin mayında Yaponiyanın paytaxtı Tokyo şəhərində təşkil olunacaq. CESD Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.
Hesabatın tam mətni ilə Pensylvaniya Universitetinin internet səhifəsində tanış olmaq olar:

Xatıradım ki, ötən ilin dekabrında Çin Elmlər Akademiyasının hazırladığı hesabatda da CESD dünyanın 100 ən güclü beyin mərkəzi siyahısına daxil edilib”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info