BDU-nun gənc alimi mükafata layiq görülüb
Tarix: 02.02.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev 2016-cı il “Gənclər üçün Prezident mükafat”larının verilməsi haqqında sərəncam imzalayıb. Elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən və mükafata layiq görülənlər arasında Bakı Dövlət Universitetinin kimya fakültəsinin ingilis bölməsinin müəllimi, gənc alim Elvin Yaşar oğlu Məlikov da var.
BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yüksək mükafata layiq görüldüyü üçün Azərbaycan dövlətinə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edən alim bildirib ki, respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib.
Onun sözlərinə görə, gənclər siyasətinin uğurla həyata keçirilməsi sahəsində Bakı Dövlət Universitetində də mühüm tədbirlər həyata keçirilir. Bu gün gənc alim kimi mənə göstərilən diqqət və qayğıya, əldə etdiyim bu nailiyyətlərə görə həm universitet rəhbərliyinə, həm Təhsil nazirliyinə, həm də Gənclər və İdman Nazirliyinə təşəkkür edir və minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, mənə verilən bu mükafat universitet elminə, ümumiyyətlə Azərbaycan elminə və təhsilinə verilən mükafatdır və mən bundan sonrakı fəaliyyətimdə bu etimadı doğrultmaq üçün bütün səy və bacarığımla çalışacağam.
Qeyd edək ki, Elvin Məlikov 2009-cu ildə BDU-nun kimya fakültəsinin bakalavr, 2012-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. 2012-ci ildə BDU-da 2304.01 – Makromolekullar kimyası ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. “Funksional polimerlər və karbon nanoboruları əsasında nanokompozitlərin alınması və tədqiqi” mövzusunda yerinə yetirdiyi dissertasiya işini tamamlayaraq ilkin müzakirədən keçirib.
Elmi tədqiqatla məşğul olduğu müddətdə dəfələrlə Macarıstanın Budapeşt və Szeged şəhərlərində, Avstriya, Çexiyada, Türkiyədə, Gürcüstanda, İtaliyada, Rusiyada, İspaniyada elmi ezamiyyətlərdə olub, nüfuzlu konfrans və simpoziumlarda iştirak edib, müvəffəqiyyət şəhadətnamələrinə layiq görülüb. Xarici ölkələrdə və Azərbaycanda qazandığı təcrübələr sayəsində elmi tədqiqat və analitik qurğularda işləmə bacarığına malikdir. Elvin Məlikov, eyni zamanda SABAH qruplarının müəllimi, BDU-nun Gənc Alimlər şurasının üzvüdür. Elmi əsərləri Azərbaycan jurnalları ilə yanaşı, Elsevier nəşriyyatından olan Thomson Reuters-Web of Science bazasının SCI və SCI-E seriyalarına aid nüfuzlu elmi jurnallarda nəşr olunur. O, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ci Mobillik Qranının qalibi olub və qrant çərçivəsində Macarıstanın Szeged Universitetində təcrübəkeçmədə iştirak edib, BDU-nun 50+50 qrant layihəsinin qalibi olub.
Qeyd edək ki, 2014-cü ildə BDU-nun daha bir əməkdaşı, gənc alim Flora Hacıyeva da Gənclər üçün Prezident mükafatına layiq görülüb.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Sabaha olan hava proqnozu açıqlanıb
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info