Sürücülərə şad xəbər
Tarix: 02.02.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


Nizami rayonunda Bəkir Çobanzadə küçəsində təmir-tikinti işləri həyata keçirilib.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, təmir-tikinti işləri küçənin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşən hissəsində aparılıb. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 924 metr, küçənin ortalama eni isə 15 metrdir.
Təmir-tikinti işləri zamanı küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi yenilənib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilərinilə əvəzlənib. Yeraltı kommunikasiya xətləri ( qaz, su, istilik, elektrik, rabitə ) yolun hərəkət hissəsindən kənara köçürülüb.
Piyadaların da rahatlığı nəzərə alınaraq təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 1800 paqon metr yeni səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. 2 qat olmaqla 14 min kvadrat metr sahəyə 11 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında aparılan təmir-tikinti işləri çərçivəsində Bəkir Çobanzadə küçəsində yolun hərəkət hissəsinin müəyyən ərazilərdə genişləndirməsi işləri aparılıb. Nəticədə yolun hərəkət hissəsi təqribən 300 metrlik məsafədə 5 metrə yaxın genişləndirilərək 12 metrə çatdırılıb. Bu isə öz növbəsində nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərmiş olub.
Müntəzəm sərnişin daşımaları ilə məşğul olan avtobuslar üçün 2 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması istiqamətində də addımlar atılıb. Avtobus “cib”lərinin uzunluğu 15 metr, eni isə 3 metrdir.
Qeyd edək ki, küçədə aparılan kompleks tədbirlər çərçivəsində cəmiyyət tərəfindən işıqlandırma sistemi işlək vəziyyətə gətirilib, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info