“Gənclərin inkişaf strategiyası: gənclər siyasətinin yeni hədəfləri“
Tarix: 02.02.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Bu gün Gənclər və İdman Nazirliyiyanında Gənclərlə iş üzrə İctimai Şuranın "Gənclərin inkişaf startegiyası: gənclər siyasətinin yeni hədəfləri" mövzusunda iclası keçirilib.
Tədbir 2 fevral - Gənclər Gününə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib ki, şuranın əsas məqsədi gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin iştirakını təmin etməkdir. O qeyd edib ki, bir neçə gün öncə Azərbaycan prezidentinin gənclərlə görüş keçirməsi gənclərin qarşısında yeni imkanlar açıb, onların vətənpərvər ruhda olmasına böyük töhfə verib: "Biz dövlətin gənclər üzərində diqqət və qayğısını həmişə hiss etmişik və bu üzərimizə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışmışıq".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ictimai şura hər zaman gənclərlə bağlı mühüm müzakirələrin təşkilində, vətəndaş cəmiyyətinin formalaşmasında və gənclər siyasətində mühüm işlər görüb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi dövlət proqramında 327 layihə dəstəklənib ki, bu da gənclərin ideyalarına verilən önəmdir.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, ölkədə uğurlu gənclər siyasətinin həyata keçirilir və 2015-ci il Azərbaycanda gənclər üçün önəmli və uğurlu il olub.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, bu il fond tərəfindən 309 gənclər təşkilatı layihəsi dəstəklənib: "Gənclər Fondunun layihələri bütün ölkəni əhatə edir. Bütün maarifləndirici istiqamətdə layihələr icra olunur və bu proses davam etdiriləcək".
Sonda fəallığı ilə seçilən gənclər təşkilatları mükafatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info