“Yeni Müsavat”ın reportajı 6 il sonra “Azadlıq” qəzetində...
Tarix: 02.02.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


“Yeni Müsavat” qəzetinin 11 avqust 2010-cu il sayında dərc olunan və qəzetin əməkdaşı Günay Musayevanın müəllifi olduğu “Bakıdakı “Qul bazarı”nda hamilə qadınlar da iş axtarır” başlıqlı yazısı 6 il sonra “Azadlıq” qəzetinin 2 fevral 2016-cı il sayında dərc olunub. Eyni başlıq, eyni məzmunla, xural.com saytına istinad edərək.
“Yeni Müsavat” qəzetimizdə olaraq, 6 il öncə dərc olunan reportajın indi necə gündəmə gəlməsini və müəlliflik hüququnun niyə tanınmamasını araşdırmaq üçün öncə “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şəriflə əlaqə saxladıq.
Sücəddin Şərif həmin yazının “Yeni Müsavat” qəzetində dərc olunduğundan və 6 il öncə yazıldığından xəbərsiz olduğunu bildirdi: “Bu yazını əməkdaşlarımız xural.com saytından götürüblər. Orada “Yeni Müsavat”a istinad olunmadığı üçün biz yazının “xural.com” saytına aid olduğunu düşünərək onlara istinad verdik. Mən bu məsələni əməkdaşlarımızla araşdıracağam”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə məsələyə facebook statusunda aydınlıq gətirib. O, bildirib ki, bu yazı facebook istifadəçiləri tərəfindən onlara göndərilib: “Bu yazını dünən dostlar “facebook”da görüb və dərc olunmaq üçün bizə göndəriblər. Bizim uşaqlar da olduğu kimi dərc ediblər. Bəzi saytlar da yazını bizə istinadən təkrar tirajlayıblar. Sağ olsun, Azər Ayxanın xatırlatmasından sonra məsələni araşdırdıq və yazının 2010-cu ildə "Yeni Müsavat" qəzetində Günay Musayeva tərəfindən yazıldığı məlum oldu. Saytımızda düzəliş etdik...”
Qeyd edək ki, məsələ aydınlaşdıqdan sonra xural.com saytında düzəliş edilib və yazının 2010-cu ildə “Yeni Müsavat” qəzetində dərc olunduğu qeyd edilib.
Yazının müəllifi, jurnalist Günay Musayeva isə, bildirib ki, yazının yenidən gündəmə gəlməsi müsbət hal olsa da, müəllif hüququnun pozulması arzuolunan deyil: “Xural.com saytının mənim 2010-cu ildə dərc olunan yazımı yenidən gündəmə gətirməsi müsbət bir haldır. Çünki, bu problem indi də qalmaqdadır”.
Nərgiz LİFTİYEVA,
Musavat.com




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info